Mikro kredit: Kiçik bizneslərə böyük dəstək!
İdeyanız var, amma onu reallaşdırmaq üçün maliyyə dəstəyiniz çatışmır? Unibank-dan Mikro kredit əldə etməklə biznesinizi böyütmək, yeni avadanlıq almaq və ya fəaliyyətinizi genişləndirmək üçün sürətli və rahat maliyyə dəstəyini əldə edə bilərsiniz. Uzun-uzadı sənədləşmə, mürəkkəb prosedurlar və saatlarla növbədə gözləmək artıq keçmişdə qaldı! Sadə müraciət prosesi, sərfəli faiz dərəcələri və rahat ödəniş şərtləri ilə bu kredit sizin üçün əsl fürsət olacaq.
Biznes kredit sifarişi
Biznes kredit sifarişi üçün Unibank-ın təklif etdiyi fərqli kredit növlərindən sizə uyğun olanı seçib, onlayn şəkildə kredit üçün müraciət edə bilərsiniz. Bankımızın təqdim etdiyi Mikro kredit ticarət, kənd təsərrüfatı, xidmət və istehsal sahəsində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulmuşdur.
Mövcud olan biznesinizi inkişaf etdirmək üçün Unibank-ın mikro kredit xidmətindən yararlana bilərsiniz. 9 aydan 48 ayadək olan bu kreditlər, illik cəmi 5%-dən başlayan sərfəli faiz dərəcələri ilə təqdim olunur. Bu isə həm biznesinizin böyüməsinə, həm də ödəmə prosesinin sizə uyğun şəkildə tərtib edilməsinə şərait yaradır.
Kredit təminatı olaraq nə təqdim edə bilərsiniz?
Mikro kredit əldə edə bilmək üçün təminat kimi daşınmaz əmlak, avtomobil, iri və ya xırdabuynuzlu heyvanları təminat kimi göstərə bilərsiniz. Bu, kreditin daha sərfəli şərtlərlə əldə edilməsinə və rahat geri ödəniş planının hazırlanmasına imkan yaradır.
Mikro kredit kalkulyatoru ilə dəqiq hesabla, rahat ödə!
Artıq aylıq ödənişlərinizi əvvəlcədən planlaşdırmaq mümkündür. Mikro kredit kalkulyatoru ilə kredit məbləğini, müddətini və faiz dərəcəsini daxil edin, aylıq ödəyəcəyiniz məbləği dərhal görün! Bu kalkulyator sayəsində risk etmədən, əvvəlcədən hesablama apararaq kredit qərarınızı verə bilərsiniz.
Unibank ilə mikro kredit almaq düşündüyünüzdən də rahatdır! Siz biznesinizi qurmağa və böyütməyə fokuslanın, maliyyə dəstəyini biz təmin edək!
Kiçik Sahibkarlar üçün Sürətli Mikro Kredit İmkanı
Unibank mikro kreditləri kiçik bizneslərin ehtiyaclarına uyğunlaşdırılmış rahat kredit həllidir. 500 AZN-dən başlayaraq 200 000 AZN-ə qədər kredit əldə etmək mümkündür. Sadə sənədləşmə, 48 aya qədər müddət və 5%-dən başlayan illik faiz dərəcəsi ilə kiçik sahibkarlığın inkişafını dəstəkləyir.
Kiçik Biznes krediti ilə Maliyyə Dəstəyi
Kiçik biznes krediti yeni avadanlıq almaq, işçi heyətini genişləndirmək və ya dövriyyəni artırmaq üçün idealdır. Unibank bu kreditləri sərfəli şərtlərlə təqdim edir – girovsuz müraciət imkanı və xüsusi endirim kampaniyaları ilə biznesinizi bir addım irəli aparır.
Mikro Kreditlər ilə Sahibkarlığa Addım Atın
Mikro kreditlər yeni ideyalarını gerçəkləşdirmək və ya mövcud fəaliyyətini böyütmək istəyən sahibkarlar üçün çevik və tez təsdiqlənən maliyyə dəstəyidir. Onlayn müraciət imkanı ilə vaxta qənaət edərək mikro kredit əldə etmək etmək mümkündür.
show more
show less