117

Mikro
Kreditlər

Unibank mikro-kreditləri ilə kiçik sahibkarlara real dəstək! Mikro ideyaları böyük uğura çevirin!
Mikro Kreditlər
Mikro Kreditlər
Müddət
48
ayadək
Minimal məbləğ
500
AZN
Maksimal məbləğ
200K
AZN
İllik faiz dərəcəsi
5%
-dən başlayaraq
Müddət
48
ayadək
Minimal məbləğ
500
AZN
Maksimal məbləğ
200K
AZN
İllik faiz dərəcəsi
5%
-dən başlayaraq

Kimin üçün?

Unibank mikro-kreditləri müxtəlif sahələrdə çalışan sahibkarlara işlərini böyütmək üçün dəstək olur.
Hər işinizə dəstəyik!

Hər işinizə dəstəyik!

Əməksevər fermerdən, ideyası ilə yaşayan frilanserə, işini vaxtında görən usta və ya sükanı əlinə alan taksi sürücüsünədək — Unibank daima hər zəhmətkeş sahibkarın yanındadır.
Plan sizdən, dəstək bizdən!

İşiniz daima getsin!

Sizin də kiçik bir dükanınız, işıq saçan gözəllik salonunuz, ya da hər səhər sobadan gələn isti çörək qoxusuyla oyanan bir çörək eviniz varsa – bu kredit sizin üçündür.

Biznes kreditləri

6 aydan artıq fəaliyyət göstərən sahibkarlara Unibank-dan böyük dəstək!

Fond kreditləri

Dövlət və ya dövlətlə əməkdaşlıq edən maliyyə fondları vasitəsilə güzəştli şərtlərlə təqdim olunan kreditlərdir. 3 ayadək güzəşt müddəti ilə illik 5%-dən başlayaraq və 10 ilədək verilir.

 

Fond kreditləri

Biznes kreditləri

6 ay fəaliyyət göstərən sahibkarlar üçün – dövriyyəni artırmaq, avadanlıq almaq və yeni layihələrə başlamaq məqsədilə 3 ayadək güzəşt müddəti ilə verilir.
Biznes kreditləri

Aqro kreditlər

Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara verilən kreditlərdir.
Bu kreditlər əkinçilik, maldarlıq, bağçılıq, texnikagübrə alınması kimi sahələrdə istifadə olunur. 12 ayadək güzəşt müddəti ilə 3 ilədək verilir.

Aqro kreditlər

Biznes kartlar

Unibank biznes kartı – sahibkar və şirkətlər üçün nəzərdə tutulmuş nağdsız və təhlükəsiz ödəniş vasitəsidir. Mal və xidmət ödənişləri üçün, ölkədaxili, ölkəxarici və onlayn ödənişlər üçün tam uyğundur.
Biznes kartlar

UPOS nədir?

Ödənişləri telefonla asanlıqla qəbul etmək üçün POS-terminal xidmətidir.
Ətraflı
 UPOS nədir?

Kredit sifarişi

Heç yerə getmədən, krediti elə indi sifariş edin ki, biznesiniz böyüsün!
Şəxsi məlumatlar

Tez-tez verilən suallar

Tez-tez verilən suallar
1

Biznes fəaliyyəti ilə məşğulam. Unibankdan kredit ala bilərəm?

Bəli. Azərbaycan ərazisində kənd təsərrüfatı, ticarət, xidmət və istehsalat sahələrində fəaliyyət göstərən, 18–70 yaş arasında olan hər bir aktiv vergi ödəyicisi Unibankdan biznes krediti əldə edə bilər.
2

Biznes kreditlərinə zamin tələb olunur?

Zamin tələbi biznesin təhlilindən sonra müəyyən olunur. Əgər təminat kimi daşınar və ya daşınmaz əmlak təqdim edilərsə, zaminə ehtiyac olmur.
3

Güzəştli fond kreditlərindən (SİF, AKİA) yararlana bilərəm?

Bəli. Unibank, SİF və AKİA fondları üzrə müvəkkil bankdır. Fondlardan ayrılacaq limitlər çərçivəsində kreditdən yararlana bilərsiniz.
4

Krediti hansı müddətdə ala bilərəm?

Kredit müraciəti daxil olmaqla 1 iş günü ərzində.
5

VÖEN-im yoxdur. Kredit ala bilərəm?

Xeyr. Kredit üçün siz aktiv vergi ödəyicisi, VÖEN sahibi olmalısınız.
6

Başqa bankda kreditim var. Unibankdan da kredit ala bilərəm?

Bəli. Biznesinizin təhlili nəticəsində gəlirləriniz uyğun olarsa, Unibankdan əlavə kredit əldə edə bilərsiniz.
7

Digər bankda mənim və ya ailə üzvümün adı ilə gecikmə olub. Kredit ala bilərəm?

Bəli. Bu hal biznesin təhlilindən sonra qiymətləndirilir və qərar verilir.
8

Kredit ödənişlərini banka gəlmədən edə bilərəm?

Bəli. Kredit ödənişlərinizi UBank mobil tətbiqi və ödəniş terminalları vasitəsilə rahatlıqla edə bilərsiniz.
9

Evimə baxış keçiriləcək?

Evinə baxış ehtiyacı biznesin təhlili nəticəsində müəyyən olunur. Bəzi hallarda tələb oluna bilər.
10

Kreditin ödəniş tarixini dəyişmək mümkündür?

Bəli. Aylıq ödəniş tarixini yalnız bir dəfə dəyişmək mümkündür.
11

Artıq Unibank müştərisiyəm. Yenidən kredit ala bilərəm?

Bəli. Əgər cari kreditinizin qalığı varsa belə, yenidən kredit üçün müraciət edə bilərsiniz.

Axtarış

Məhsullar
Xəbərlər
Digər