Kredit
Kredit fiziki və hüquqi şəxslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün banklardan aldıqları borc vəsaitidir. Müasir dövrdə kredit, təkcə ehtiyacların ödənməsi üçün deyil, həm də həyat keyfiyyətinin yüksəldilməsi və investisiya məqsədləri üçün geniş istifadə olunur. İnsanlar avtomobil almaq, ev təmiri, tibbi xərclər və ya təhsil kimi məqsədlər üçün kredit məhsullarından faydalanırlar. Banklar isə bu xidmətlə həm müştərilərin ehtiyaclarını qarşılayır, həm də iqtisadi dövriyyəni canlandırırlar. Kreditlər faiz, müddət və geri ödəmə şərtlərinə görə fərqli növlərdə təqdim oluna bilər. Ən sadə forması isə nağd kreditlərdir ki, bunlar daha çox gündəlik tələbatlara uyğun hesablanır. Gəlirlərini nəzərə alaraq düzgün planlaşdırılmış kredit, maliyyə yükünü yüngülləşdirə və xərclərini daha idarəolunan edir. Evdən çıxmadan kredit müraciəti etməyə imkanı verən
onlayn müraciət xidməti ilə ehtiyac duyduğun krediti dərhal əldə edə bilərsən.
Kredit kimlərə verilir?
Kredit, rəsmi gəliri olan və 18 yaşını tamam etmiş hər bir şəxsə təqdim edilə bilər. Bununla yanaşı, təqaüdçülər də nağd kredit üçün müraciət edə bilərlər. Unibank-ın şərtlərinə əsasən:
✔ Son iş yerindən 6 ay iş təcrübəsi tələb olunur.
✔ 70 yaşına qədər təqaüdçülər nağd kredit əldə edə bilər.
Müraciət üçün: Unibank.az saytına daxil ola, Filiallarımıza yaxınlaşaraq ətraflı məlumat əldə edə və ya 117 çağrı mərkəzimizə zəng edərək kredit şərtləri ilə maraqlana bilərsən.
Kredit almaq istəyən şəxs ilk növbədə müəyyən bank şərtlərinə cavab verməlidir. Ümumiyyətlə, rəsmi gəliri olan və minimum 18 yaşını tamamlamış hər kəs kredit üçün müraciət edə bilər. Bu zaman əsas şərtlərdən biri sabit gəlirə malik olmaqdır. Unibank, 6 ay və daha çox iş təcrübəsi olan şəxslərə kredit təqdim edir. Bundan əlavə, 70 yaşına qədər olan təqaüdçülər də bu fürsətdən yararlana bilərlər. Belə yanaşma yaşından asılı olmayaraq hər kəsin maliyyə ehtiyaclarını qarşılamaq imkanını artırır. Tələb olunan sənədlər isə minimaldır: şəxsiyyət vəsiqəsi kifayət edir. Kredit müraciətləri həm onlayn, həm də filiallar vasitəsilə qəbul edilir və bu da prosesi daha da rahatlaşdırır.
Sürətli kredit imkanı
Kredit üçün müraciət etdikdə qısa zamanda bank tərəfindən müraciətinizin dəyərləndirilməsi üçün bir neçə nüansları dəyərləndirdik.
- İlk əvvəl əgər başqa bir banka borcun varsa, yaxşı olardı ki, həmin borcu ödəyib borcun bitməsi ilə bağlı sənəd əldə edilsin.
- Əvvəlki borclarda gecikmə olmaması tez zamanda kredit götürmək daha asanlaşdıracaq.
- Kiçik limitli olsa belə kreditlərə müraciət etmək yaxud hər hansı bir məhsulu
kredit ilə əldə etmək kredit balını yüksəldəcək.
Kredit təklifləri
Kredit lazımi xərcləri ödəməyin bir yoludur. Bu növ kreditlər müddət üçün müəyyən faiz dərəcələri və aylıq ödənişlər təklif edir. Birdəfəlik maliyyələşdirmə üçün ən yaxşısıdır və ya layihənizin bütün dəyərini əvvəlcədən bilirsinizsə. Krediti birdəfəlik alırsınız. Müasir texnologiyaların tətbiqi ilə kredit əldə etmək prosesi artıq daha da sürətlənib. Unibank-ın təqdim etdiyi onlayn müraciət sistemi sayəsində, evdən çıxmadan kredit üçün müraciət etmək və qısa zaman ərzində cavab almaq mümkündür. Sistemdə sadə sorğu forması doldurulur və kredit üzrə ilkin qiymətləndirmə avtomatik şəkildə aparılır.
İlk dəfə kredit götürənlər üçün xüsusi təkliflər!
İlk dəfə kredit götürənlər Unibank-ın üstünlüklərindən faydala bilər. Bankımız müxtəlif kredit növləri təklif edir ki, hər biri üçün şərtlər və illk faiz dərəcələri müxtəlifdir. Bu prosesi daha da asanlaşdırmaq və kredit sifarişini sürətləndirmək məqsədilə UBank tətbiqi üzərindən müraciət etməyi mümkün etmişik. Artıq ilk dəfə kredit götürənlər rahat bir şəkildə bu tətbiq üzərindən kredit müraciətini ünvanlaya bilərlər. Banka yaxınlaşmadan kredit almaq indi bir toxunuşla mümkündür!
Kredit əldə etmək asanlaşdı!
Banka getmədən kredit müraciəti, sürətli təsdiq və şəffaf şərtlər. Hər növ ehtiyacınız üçün uyğun kreditləri tapın. Unibank, müxtəlif müştəri seqmentlərinə uyğun kredit təklifləri təqdim edir. Əgər layihənizin dəyəri əvvəlcədən bəllidirsə, birdəfəlik maliyyə dəstəyi üçün nağd kredit ideal seçimdir. Bu zaman vəsaiti tam şəkildə əldə edir və aylıq sabit ödənişlə geri qaytarırsan. İstədiyin krediti götürməzdən əvvəl, aylıq ödənişlərini dəqiq şəkildə bilmək istəyirsənsə,
kredit kalkulyatoru sənin ən yaxın köməkçin olacaq!