117

Unibankdan
“Əjdaha” lotereya

Unibank kartınla ödə və Sea Breeze-də mənzil, 
Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.

Necə iştirak edim?

Unibank kartını əldə et

*Kartla xərclədiyin hər 10 AZN 1 şans qazandırır

Hər tirajda iştirak üçün min. 5 şans qazanılmalıdır.

Qaliblər nə qazanacaq?

Sea Breeze-də 3 mənzil

Xəzər dənizinin düz sahilində yerləşən, “Sea Breeze Park Residence-2” yaşayış kompleksində tam təmirli və əşyalı yeni tikili 3 mənzildən biri sənin ola bilər.

8 ədəd Toyota Corolla Cross

İstehsal ili 2024, qara rəngli, yürüyüşü  0 km, hibrid mühərrikli olan avtomobil ilə yeni macəralar səni gözləyir.

50 ədəd iPhone 15 Pro

Qara rəngdə, 128GB yaddaşa malik olan iPhone 15 Pro smartfonu ilə xoş xəbərlər eşitməyin tam vaxtıdır.

250 000 AZN-lik pul uduşları

Unibank kartın ilə hər 10 AZN-lik nağdsız ödəniş sənə 250 000 AZN-lik (1000 nəfər 100 AZN, 100 nəfər 500 AZN və 100 nəfər 1000 AZN) pul uduşları qazandıra bilər. Daha çox ödəniş, daha çox şans!

Neçə şansım var?

UBank yüklə və şanslarının sayını asanlıqla öyrən!




Ekstra şanslar

Trendyol
Digər
3x şans
Bravo
Supermarketlər
3x şans
Bolt Food
Restoran
3x şans
YDM
Avto
3x şans
Kafe/Restoran
Restoran
3x şans
UBank
Digər
3x şans
Trendyol
Digər
3x şans
Bravo
Supermarketlər
3x şans
Bolt Food
Restoran
3x şans
YDM
Avto
3x şans
Kafe/Restoran
Restoran
3x şans
UBank
Digər
3x şans

Diqqət!

"Əjdaha" lotereyada iştirak etmək üçün kart nömrəsini, CVV/CVC kodu və kartın bitmə tarixini təqdim etməyə ehtiyac yoxdur. Heç qeydiyyat da tələb olunmur. Səndən tələb olunan yalnız Unibank kartınla min. 10 AZN-lik nağdsız ödəniş etməkdir. İşdir, kimsə səndən lotereyada iştirak üçün kart məlumatlarını istəsə, sadəcə bunu bil ki, bu dələduzlardır!



Lotereyanın şərtləri

Lotereyanın şərtləri

  • Lotereyada hansı kartlar iştirak edəcək?

    • Tirajlarda Bankın debet, kredit, digital kartları ilə (sahibkarlara verilən kartlar, gift kartlar, istehlak kreditlərinin kompensasiyası ilə bağlı verilən kartlar, biznes, Leobank kartları istisna) nağdsız ödəniş edən müştərilər iştirak edəcəklər.
  • Minimal ödəniş

    • Hər tirajda iştirak etmək üçün həmin tiraj dövründə min. 50 AZN nağdsız ödəniş edərək 5 şans qazanılmalıdır.
  • Şanslar

    • Əvvəlki tirajlardakı şanslar sıfırlanmır. Növbəti tiraj müddətində yenidən min. 50 AZN nağdsız ödəniş edib min. 5 şans qazandıqda əvvəlki tirajlarda yığılmış bütün şanslar yenidən tirajda iştirak edir. Hər tam 10 AZN və onun ekvivalent məbləği 1 şans qazandırır. 5-ci tirajda "Bravo" marketlərində, Bolt Food, xarici ölkə və saytlarda, UBank-da nağdsız əməliyyatlar (kredit ödənişləri, quasi cash, depozit artımı, Topla, kartdan karta, sürətli pul köçürmələri və.s istisnadır), yanacaqdoldurma məntəqələrində, kafe-restoranlarda, Trendyol-da hər tam 10 AZN-lik nağdsız ödəniş 3 şans qazandırır. Lotereya dövründə müxtəlif vaxtlarda 5 AZN və 8 AZN dəyərində nağdsız ödənişlər etdikdə, tam olaraq 10 AZN məbləğ olmadığı üçün bu ödənişlər şans qazandırmır.
  • Tirajlar və oynanılma tarixi

    • ⁠1. 20.07.2024 - 20.08.2024 (30.08.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı)
      1-ci tirajı burada izlə: https://youtu.be/Cry0uZirKmE

      2. 21.08.2024 - 20.09.2024 (30.09.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı)​
      2-ci tirajı burada izlə: https://youtu.be/tkn44A2gRHI

      3. 21.09.2024 - 20.10.2024 (25.10.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı)
      3-cü tirajı burada izlə: https://youtu.be/qZj3Zjgfgz0

      4. 21.10.2024 - 20.11.2024 (29.11.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı)

      5. 21.11.2024 - 25.12.2024 (10.01.2025 tarixində "Xəzər TV"-nin efirində canlı oynanılacaq)
  • Tirajlarda hansı hədiyyələr oynanılacaq?

    • 1-ci tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər Toyota Corolla Cross avtomobili qazandı. 1-ci tirajda 252 nəfər qalib oldu.

      2-ci tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər Toyota Corolla Cross avtomobili qazandı. 2-ci tirajda 252 nəfər qalib oldu.

      3-cü tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər Toyota Corolla Cross avtomobili qazandı. 3-cü tirajda 252 nəfər qalib oldu.

      4-cü tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər Toyota Corolla Cross avtomobili qazandı. 4-cü tirajda 252 nəfər qalib oldu.

      5-ci tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 3 nəfər Sea Breeze-də 1 otaqlı, təmirli və əşyalı mənzil qazanacaq. 5-ci tirajda 253 nəfər qalib elan ediləcək.

  • Şans qazandırmayan ödənişlər

    • Nağd əməliyyatlar, kredit ödənişləri, depozit artımı, “Topla” yaradılması, kartdan karta köçürmə, quasi cash əməliyyatları, sürətli pul köçürmələri, broker xidmətlər, qumar-mərc oyunlarına və ya digər lotereyalara ödənişlər, reversal əməliyyatlar (ləğv olunmuş əməliyyatlar).
  • Kim iştirak etmir?

    • Qeyri-rezidentlər, bankın əməkdaşları, “Unicapital” İnvestisiya Şirkəti ASC-nin əməkdaşları, banka aidiyyatı olan şəxslər lotereyada iştirak etmir.

Tez-tez verilən suallar





*Lotereya markalar tərəfindən maliyyələşdirilmir.

Axtarış

Məhsullar
Xəbərlər
Digər