Albalı Mastercard World, Albalı Visa Rewards, Mastercard Black Edition (keşbek), Visa Platinum və Visa İnfinity kartları üzrə keşbek aşağıdakı qaydada hesablanır:
- Təqvim ayı ərzində müştəri kart ilə toplam 200 AZN-dən çox nağdsız ödəniş etdikdən sonra ona seçilmiş ticarət və xidmət kateqoriyaları üzrə 5% keşbek hesablanacaq.
*Nağdsız ödənişlər dedikdə keşbek hesablanan ödənişlər nəzərdə tutulur
- 5% keşbek 200 AZN dən sonrakı nağdsız ödənişlərə şamil olunur.
- Keşbek məbləği təqvim ayı ərzində toplanır və ayın sonunda müştərinin keşbek hesabına avtomatik köçürülür.
- Keşbek haqqında məlumat UBank mobil tətbiqinin "Profil" bölməsində əks olunur.
- Qeyri-partnyor şəbəkə üzrə müştərinin aylıq qazana biləcəyi maksimum keşbek məbləği, 50 AZN təşkil edir.
- Partnyor və qeyri partnyor şəbəkədə aylıq qazana biləcəyi minimal məbləğ 1 AZN təşkil edir.
- 200 AZN və daha aşağı nağdsız ödənişlərə, həmçinin digər kateqoriyalar üzrə standart keşbek hesablanır.
- Standart keşbek faizi:
Bütün digər nağdsız ödənişlərdə - 1%
- Yalnız çıxarışda əks olunan və şərtlərə uyğun ödənişlərin KEŞBEKLƏRİ hesaba əlavə olunur.
*Ödənişlər çıxarışda bir neçə gün ərzində əks oluna bilər.
Hazırda 5% keşbek hesablanan seçilmiş ticarət və xidmət kateqoriyaları:
- Bütün yanacaqdoldurma məntəqələri
- Bütün restoran və kafelər (həmçinin bu məkanlarda online sifarişlər)
Unibank Mastercard/Visa kartlarını Apple Pay/NFC/Garmin Pay-ə əlavə edib, istənilən marketdə təmassız ödənişlər edərkən, keşbek hesablanması qaydası aşağıdakı kimi olacaq:
- Hər 10 AZN və daha çox ödənişlər 5% keşbek qazandırır. Ümumilikdə mövcud olan bütün kartlar ilə ay ərzində qazanıla biləcək maksimal məbləğ 20 AZN-dir. Müştərinin 1 əməliyyat üzrə maksimum qazana biləcəyi məbləğ 10 AZN-dir (birdəfəyə 200 AZN-dən çox ödəniş etdikdə 10 AZN dəyərində keşbek qazana bilər).
Qeyd: digər kartlarımız üzrə nağdsız əməliyyat zamanı 0.1% (standart kartlar) və 0.3 % (premium kartlar) həcmində keşbek hesablanır.