Unibank mükafat aldı
Unibank 2018-ci il ərzində fəaliyyətinə görə mükafatlandırılıb. Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən “Bankçılıq Mükafatları 2018” tədbirində Unibank KB “Ən fəal təhsil dəstəkçisi” və “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyaları üzrə qalib seçilib.
21.12.2018
Unibankdan daha bir təhsil layihəsi
Bu günlərdə ilin “Ən fəal təhsil dəstəkçisi” mükafatını alan Unibank, daha bir təhsil layhəsinə başlayıb. Bank əməkdaşları ölkənin ilk özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universitetinin Biznes və İqtisadiyyat məktəbi tələbələrinə praktik bankçılığı öyrədəcək.
21.12.2018
Unibankdan bənzərsiz kampaniya: 2018-ci ili 18%-lə yola sal!
Unibank 2018-ci ili hər kəs üçün unudulmaz edəcək. Bank ilin kampaniyasını elan edib: 2018-ci ildə cəmi 18%-dən başlayan kredit götür, ödənişdə 2 ay güzəşt müddəti qazan, aylıq 19 manatdan başlayan ödəniş et!
04.12.2018
Unibankdan hər kəs üçün kredit kampaniyası: KOMİSSİYA 0%
Unibank işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs üçün nağd kreditləri 0% komissiyalı etdi. Şənbə günü də daxil olmaqla, Unibankdan nağd kredit götürən hər kəs bu kampaniyadan faydalanacaq.
26.11.2018
Unibankdan yeni kredit kampaniyası: ödənişdə güzəşt müddəti, sərfəli faiz, komissiyada endirim!
Unibank dövlət sektorunda çalışanlar üçün çox sərfəli kredit kampaniyası keçirir. İndi Unibanka müraciət edən dövlət sektoru işçiləri 20.000 manatadək nağd istehlak kreditlərini ödənişdə 3 ay güzəşt müddətilə və komissiya haqqında 50% endirimlə götürə bilərlər. Kredit götürənlərə Albalı Plus kredit kartı hədiyyə edilir.
22.11.2018
Unibank təqaüdçülərə 0% komissiyalı və sərfəli faizli kredit təklif edir
Unibankla yaşlı olmaq hər zaman sərfəlidir. Çünki indi Unibankda məhz təqaüdçülər üçün nağd istehlak kreditləri 0% komissiyalıdır. Təqaüdü 100 manatdan başlayan istənilən şəxs Unibank filialına yaxınlaşaraq, krediti komissiyasız və sərfəli faizlə əldə edə bilər.
21.11.2018
Krediti onlayn sifariş edin, bankda vaxt itirməyin!
Bankda kredit götürən zaman nə qədər vaxtınız gedir? Seçiminiz Unibankdırsa, bu suala “cəmi bir neçə dəqiqə” cavabını verə bilərsiniz. Sadəcə krediti onlayn sifariş edirsiniz, banka gəlib növbə gözləmədən, dəqiqələr ərzində hazır sənədləri imzalayaraq, kredit vəsaitinizi götürürsünüz.
08.11.2018
Unibankdan krediti indi al, olanda ödə!
Krediti indi alırsınız, imkanınız olanda ödəyirsiniz. Unibankın Kənd təsərrüfatı işçiləri günü münasibəti ilə başladığı bu kampaniya, kənd təsərrüfatı ilə məşğul olan şəxslərin biznesinə böyük dəstək məqsədi daşıyır.
01.11.2018
Unibankda nağd kreditlər hər kəs üçün 0% komissiyalı oldu
Əgər çox rahat şərtlərlə və heç bir komissiya haqqı ödəmədən kredit götürmək istəyirsinizə, Unibanka gəlin! Bank işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs üçün bu həftənin sonunadək 0% komissiyalı kredit kampaniyası keçirir.
25.10.2018
Unibankda kampaniyalar davam edir: 0% komissiyalı kredit, “+2% hədiyyəli” depozit
Hansısa planınızı həyata keçirmək, biznesinizi böyütmək üçün kredit lazımdırsa, tərəddüd etmədən sizə yaxın Unibank filialına yaxınlaşa bilərsiniz.
19.10.2018
Unibankdan təqaüdçülər üçün növbəti kampaniya: kredit 0% komissiyalı oldu!
Unibankda təqaüdçülər üçün xüsusi kampaniyaların keçirilməsi artıq ənənə halını alıb. Təqaüdçülərə kredit daha sərfəli olsun deyə, Unibank nağd istehlak kreditlərini KOMİSSİYASIZ etdi.
17.10.2018
Dünyanın nüfuzlu pul köçürmə sistemi - “Zolotaya Korona” indi Unibank Mobile-da
Cəmi bir neçə saniyəyə, elə olduğunuz yerdə, dünyanın onlarla ölkəsinə pul köçürmək imkanınız var. Bu imkanı sizə Unibank Mobile yaradıb. Mobil əlavənin köməyi ilə artıq telefonunuzdan Zolotaya Korona sistemi vasitəsilə pul köçürə bilərsiniz.
12.10.2018
Unibankın “+2% hədiyyə” depozit kampaniyası davam edir
Pullarınızı daha yüksək faizlə və etibarlı banklardan birinə əmanət etmək istəyirsiniz? Elə isə Unibank doğru seçiminizdir. Elə indi Unibanka gəlin və “+2% hədiyyə” depozit kampaniyasından faydalanın!
03.10.2018
Unibankdan müəllimlər gününə xüsusi hədiyyə
Unibank Beynəlxalq Müəllimlər günü münasibəti ilə təhsil işçiləri üçün 0% komissiyalı nağd kredit kampaniyası keçirir. Oktyabrın 15-dək Unibanka müraciət edən bütün təhsil işçiləri 20.000 AZN-dək nağd krediti KOMİSSİYASIZ rəsmiləşdirmək imkanı qazanırlar.
01.10.2018
Unibankdan hər kəs üçün KOMİSSİYASIZ kredit kampaniyası
Unibank işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs üçün bu həftənin sonunadək 0% komissiyalı kredit kampaniyası keçirir. Sentyabrın 27-si, 28-i və 29-u Unibankdan 20.000 AZN-dək nağd istehlak krediti götürən hər kəs, krediti komissiyasız rəsmiləşdirəcək. Aksiyadan faydalanmaq üçün Unibanka müraciət edin!
27.09.2018
Unibank istiqraz sahiblərinə növbəti faizləri ödəyib
“Unibank” KB ASC istiqraz sahiblərinə növbəti faizlərini ödəyib. Bununla da bankın istiqrazlarını alan şəxslər artıq üçüncü dəfədir ki, bu qiymətli kağızlardan faiz gəliri götürürlər.
25.09.2018
Unibankda yeni depozit növü: Depozit hesabı aç, illik faizləri həmin gün götür!
İndi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün götürə bilirlər. Bank müştərilərə xidmət səviyyəsinin və təklif olunan məhsul çeşidinin artırılması məqsədi ilə manat valyutasında yeni əmanət növü yaradıb.
19.09.2018
Unibank neftçilər üçün KOMİSSİYASIZ kredit aksiyası keçirir
Unibank “Neftçilər günü” münasibətilə komissiyasız kredit aksiyası keçirir. Sentyabrın 30-dək Unibank filiallarına müraciət edən neft sektoru əməkdaşları 20.000 AZN-dək nağd istehlak kreditlərini 48 ayadək müddətə 0% komissiya ilə rəsmiləşdirə bilərlər.
13.09.2018
Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!
Artıq Unibankın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər. Buna bankın biznes sahibləri üçün hazırladığı onlayn kreditləşmə xidməti imkan yaradır.
06.09.2018
Bütün işlərinizə START vermək üçün kredit kampaniyası
İndi bütün planlarınıza START verməyin əsl məqamıdır. Yay istirahəti başa çatır, məhsuldar payız gəlir. Belə bir vaxtda Unibankın hər kəs üçün yeni “START” kampaniyası, nəzərdə tutduğunuz işləri başlamağınız üçün çox əlverişlidir.
30.08.2018
Unibank Qurban bayramı münasibətilə kredit kampaniyası keçirir
Unibank Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayır. Qurban bayramı münasibəti ilə Unibank hər kəs üçün üç günlük 0% komissiyalı nağd istehlak krediti aksiyası keçirir.
20.08.2018
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Unibankın mobil bank əlavəsi olan Unibank Mobile-ın istifadəçilərinin sayı 200.000-i ötüb. Yəni indi ən azı 200 min Unibank müştərisi banka gəlmədən, istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.
15.08.2018
Unibank təqaüdçülər üçün KOMİSSİYASIZ kredit aksiyası keçirir
Unibankla “Yaşlı olmaq sərfəlidir”. Ayın sonunadək Unibankdan kredit götürən təqaüdçülər, nağd istehlak kreditini KOMİSSİYASIZ əldə edəcəklər. İndi Unibank filiallarına müraciət edən təqaüdçülər, 20.000 manatadək krediti 0% komissiya ilə rəsmiləşdirə bilərlər.
24.07.2018
Unitransferlə pul köçürmələri daha asan oldu
Artıq Unibank müştəriləri Unitransfer vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər.
Bunun üçün sadəcə ən yaxın Unibank ödəniş terminalına yaxınlaşıb, şəxsiyyət vəsiqənizin pin kodunu və telefon nömrələrinizi daxil etmək kifayətdir.
17.07.2018
Unibank 15 milyon manata yaxın mənfəət əldə edib
Unibank KB ASC 2018-ci ilin ikinci rübünü də müsbət göstəricilərlə başa vurub. Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb. Hazırda bankın məcmu kapitalı 79 milyona çatıb.
12.07.2018
Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb
Unibankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.
12.07.2018
Unibankda nağd kreditlər HƏR KƏS üçün komissiyasız oldu!
Üç gün ərzində Unibankda nağd istehlak kreditləri rəsmi gəliri olan hər kəs üçün 0% komissiyalı olacaq. Milli Ordumuzun yaradılmasının 100 illiyi münasibəti ilə iş yerindən və peşəsindən asılı olmayaraq, rəsmi gəliri olan hər kəs Unibanka komissiyasız kredit üçün müraciət edə bilər.
28.06.2018
Unibank Mobile Azərbaycanın ən yaxşı mobil əlavəsi seçilib
Unibankın mobil bank əlavəsi 2018-ci ilin mobil əlavəsi seçilib. Unibank Mobile səsvermənin və münsiflərin dəyərləndirməsində yüksək göstərici əldə edərək, ən yaxşı mobil əlavə kimi NETTY2018 Azərbaycanın Milli internet mükafatını alıb.
11.06.2018
Unibankda nağd kreditlər komissiyasız oldu!
Unibankdan komissiyasız istehlak krediti fürsətini qaçırmayın! 28 May Respublika Günü münasibəti ilə Unibank hər kəs üçün iki günlük komissiyasız nağd istehlak krediti aksiyası keçirir
25.05.2018
Unibankdan yeni xidmət: Bütün bank kartları Unibank Mobile-da!
Unibank ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər üçün Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalanmaq imkanı yaradıb.
17.05.2018