117

Xəbərlər və aksiyalar

Unibank GRG ATM-lərinin texniki dəstəyi üçün üçün tender keçirir
14.02.2023

Unibank KB GRG ATM-lərinə texniki dəstəyi göstərilməsi ilə bağlı tender elan edib. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 22.02.2023-cü il, saat 12.00-dır.

Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.

Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı  hesabı “Unibank” KB ASC-də açmalıdır.

 

Texniki şərtləri:


•            Tam işlək, xidmətə hazır vəziyyətdə saxlanması;

•            Profilaktik işlərin görülməsi;

•            İcraçı mövcud olan proqram təminatının dəstəyini təmin etməlidir.

•            Verilmiş səlahiyyətlər daxilində sistem üzrə avadanlığən işlək vəziyyətdə olmasına nəzarət edilməsi:

•            Yaranmış problemlər barədə dərhal Sifarişçiyə xəbər verilməsi;

•            Yarana biləcək hər cür nasazlıqların Müqavilə ilə təyin olunmuş müddətdə yüksək keyfiyyətdə orijinal ehtiyyat hissələri ilə tamamilə öz hesabına aradan qaldırılması;

•            Yeni Avadanliqlann (ATM) Sifarişçinin müəyyən etdiyi yerlərdə sifarişçi tərəfindən quraşdırıldıqdan sonra icraçı tərəfindən sazlanması vs əsaslı şəkildə tam olaraq işə salınması;

•            Mövcud olan Avadanliğin (ATM) Sifarişçinin müəyyən etdiyi yerlərinin dəyişməsi;

•            Avadanlığın (ATM) davamlı təmiz vəziyyətdə saxlanılması və aylıq olaraq sifarişçiyə bu barədə hesabat göndərilməsi :

•            Qeyri iş günlərində Bakı və Azərbaycan Respublikasının rayonları üzrə 09:00-dan 18:00-a qədər xidmətlərin verilməsi;

•            İş günlərində Bakı üzrə 09:00-dan 18:00-a qədər xidmətlərin verilməsi;

•            İş günləri ərzində Azərbaycan Respublikasının rayonları üzrə saat 09:00-dan - 18:00-a qədər 2 iş günü ərzində xidmətlərin verilməsi.

  • Avadanlığın və komponentlərinin diaqnostika və sazlanması
  • Eyni anda bir necə ATM-ə dəstək göstərən heyətin olması

 

Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa,  [email protected] elektron ünvanına müraciət edə bilərsiniz

Axtarış

Məhsullar
Xəbərlər
Digər