117

Xəbərlər və aksiyalar

Unibank “Gəncə” filialını yeni konseptdə istifadəyə verib
02.02.2023

İndi Gəncə şəhərinin əhalisi, eləcə də yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın yenilənmiş filialında daha da yüksək xidmətlə təmin olunur. “Unibank”ın yeni konsepsiya əsasında təmir edilən “Gəncə” filialı, biznes və pərakəndə müştərilərə rahat məkanda geniş spektrli və innovativ  xidmət göstərir. Filial təmir və yenidənqurmadan sonra artıq müştərilərin xidmətindədir.

Daha geniş gözləmə zalı və çoxsaylı monitorların quraşdırıldığı filial, müştərilərə xidmətin intensivliyini artıracaq. Filialda müştərilərə bütün bank xidmətləri yüksək keyfiyyətlə göstərilir. Filial müştərilərin rahatlığı üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 7/24 müştərilərin xidmətində olan UTM və ödəmə terminalı quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Axtarış

Məhsullar
Xəbərlər
Digər