Uğurlu biznes sahibinin üstünlüyü onun hər zaman mümkün variantlardan daha yaxşısını seçməsindədir. “Unibank”ın mikro və kiçik sahibkarlar üçün keçirdiyi “Yay” kampaniyası da sahibkara 4 endirimli, fərqli təklif paketi təqdim etməklə, bu təkliflərdən ən sərfəli olanını seçmək imkanı yaradır. “Yay” kampaniyası iyunun 30-dək davam edəcək.
Kampaniyanın şərtləri aşağıdakı kimidir:
Paket 1:
- Cari faiz dərəcələrinə 4%-dək endirim
Paket 2:
- Kənd təsərüfatı sahələrinə 9 ayadək, qeyri- kənd təsərüfatı sahələrinə 3 ayadək güzəşt
Paket 3:
- Nağdlaşdırma xərci 0%-dək ( komissiyasız).
Paket 4:
- 15 000 AZN-dək kreditlərin gəlirli zamin olmadan verilməsi
“Unibank”ın sərfəli “Yay” kampaniyası ilə biznesinizi daha da böyüdün!
“Unibank”ın biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.