117

Xəbərlər və aksiyalar

Unibank promo məhsulların çap işləri üçün tender keçirir
29.03.2022

Unibank KB promo məhsulların çap işləri (zərf, stiker, buklet, polietilen) üçün tender keçirir.

Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 04.04.2022-ci il, saat 12.00-dır.

Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.

Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı  hesabı “Unibank” KB ASC-də açmalıdır.

Tender sənədləri ilə birlikdə məhsulların nümunələri (rəng, kağızın qramajı, stikerın yapışqanlığı və s.) təqdim olunmalıdır.

 

Texniki şərtlər aşağıdakı kimidir:

 

1. Zərf - kağız 300 qr. Tutqun 70x100, ikitərəfli laminasiya

2. Buklet - kağız 130 qr. Parlaq 64x90

3. Leo stiker - kağız stiker, tutqun, lazer kəsimi

4. VISA stiker - kağız stiker, tutqun, lazer kəsimi, möhkəm yapışqan

5. Paketlər - polietilen 14x25

 

Ümumi say  - 200.000 ədəd

 

Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa,  iştirakçılar [email protected],  [email protected]  elektron ünvanlarına müraciət edə bilərlər. Promo materiallar üçün nümunə şəkilləri də bu elektron ünvanlardan əldə edə bilərsiniz.

 

Axtarış

Məhsullar
Xəbərlər
Digər