“Yeni il” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçilib. Nəticələrə əsasən, 5 nəfər qalib müəyyən edilib. Əsas hədiyyənin qalibi iPhone 13 256 GB Midnight və Premium kart, digər 4 qalib isə Unibank-dan Premium kart qazanıb.
Lotereyanın şərtlərinə əsasən, dekabrın 10-dan yanvarın 10-dək UBank tətbiqində və həmçinin Apple Pay, NFC ödəniş sistemləri vasitəsilə etdikləri hər 1 AZN ödəniş ilə lotereyada 1 iştirakçı şansı qazanırdılar.
“UBank” tətbiqi ilə iştirak şansı qazandıran nağdsız əməliyyatlar isə aşağıdakılar idi:
Təmassız ödənişlər (ApplePay, GarminPay, NFC-VTS, MDES), kommunal, Mobil, Stasionar, İnternet/TV xidmət, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Bakı Nəqliyyat Agentliyi, Dövlət Miqrasiya Xidmətinə ödənişlər və digər dövlət ödənişləri, Unibankda mövcud depoziti artırmaq, kart vasitəsilə kredit borcunu ödəmək, sürətli pul köçürmələri etmək, parkinq ödənişləri, AniPay sistemi vasitəsilə ödənişlər lotereyada iştirak üçün şans qazandırır.
İstisnalar:
•Mobil əlavədə edilən digər əməliyyatlar lotereyada iştirak üçün şans qazandırmırdı.
•Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta, kartdan karta fərqli valyutada köçürmələr
•Reversal əməliyyatlar (ləğv olunmuş əməliyyatlar) şans kimi qiymətləndirilmirdi.
"Yeni il" lotereyasının qalibləri:
Fin kod/eyniləşdirmə nömrəsi Uduş
329C9SD iPhone 13 256 GB Midnight və Premium kart
0T2H1YF Premium kart
5HMHDH7 Premium kart
4WQVFWE Premium kart
0ZJCWCT Premium kart