Unibank Mastercard kartları Apple Pay ilə edilən ödənişlər üzrə keşbek qazandırır
Unibank Mastercard kart sahibləri Apple Pay vasitəsilə marketlərdə alış-veriş edərkən ümumilikdə 5 AZN keşbek qazana bilirlər.
Kart sahibi ilk ödəməsi üçün 1 AZN, ikinci ödəməsi üçün 1 AZN, üçüncü ödəməsi üçün 3 AZN keşbek qazanacaq.
Maksimum 3 əməliyyat üzrə və 5 AZN dəyərində keşbek qazanmaq mümkündür. Hər ödənişin məbləği minimum 5 AZN olmalıdır.
Bundan əlavə Azpetrol yanacaqdoldurma məntəqəsində minimum 10 AZN ödənişə 2 AZN keşbek qazanmaq mümkündür!
Edilən ilk ödəniş üçün 2 AZN keşbek təqdim olunur.
Qeyd: Keşbek bonusları hər kart üçün bir dəfə nəzərdə tutulub.