-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
27.07.2021

Leobank –bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən “Unibank”ın bir mobil bankçılıq xidmətidir. İnnovativliyi və çoxfunksionallığı ilə seçilən bu mobil tətbiq, şəxsi vəsaitinizin idarəsini inanılmaz dərəcədə rahat edir.

“Leobank”ın məhsulları müasir “rəqəmsal” müştəriləri hədəf alıb və yeni bir marketinq strategiyası ilə bazara çıxarılacaq. Ukraynada monobank və Britaniyada koto-nun yaradıcısı olan Britaniya texnologiyalı Fintech Farm şirkətinin yeni rəqəmsal platforması əsasında hazırlanan Leobank, müştərilərini yeni fərdi bankçılıq aləti ilə təmin edəcək.

 

Müştərilərə təqdim olunan xidmətlər Revolut, Tinkoff və “monobank”dakı kimi tamamilə rəqəmsal olacaq.

Bu, bir sıra xidmətlərin qiymətini aşağı salmaq və ya tamamilə pulsuz etmək imkanı yaradacaq ki, nəticədə müştərilərimiz üçün bank xidmətlərinin xərclərinin xeyli azalmasına səbəb olacaq.

“Leobank”ın bazara çıxarılmasında məqsəd yeni bir müştəri seqmentini cəlb etmək, eyni zamanda Azərbaycan Respublikasında nağdsız ödənişlərin daha da inkişafına təkan verməkdir.

 

Leobank üçün xüsusi olaraq yaradılmış mobil tətbiqdə geniş bank xidmətləri təqdim olunub: pulsuz köçürmələr, rahat kommunal ödənişlər, kart ödənişlərinə görə “cashback” qazanmaq imkanı, maliyyə əməliyyatlarınıza daimi nəzarət. Xüsusi təlim keçmiş peşəkar dəstək əməkdaşları isə istənilən müştəri suallarına qeyd olunan kanallardan (WhatsApp, Facebook Messenger, Telegram), ya da telefonla cavab təqdim edəcəklər.

Bu gündən etibarən “Leobank”ın rəsmi veb saytı Leobank.az fəaliyyətə başlayıb. Bu saytdan artıq “Leobank”ın pulsuz Black Visa kartını öncədən sifariş etmək mümkündür. “Leobank”da qeydiyyatdan keçən ilk müştərilər sentyabrın əvvəlində mobil tətbiqdən tam istifadə edə biləcəklər. 

Axtarış

Məhsullar
Xəbərlər
Digər