Unibank müştəriləri indi ödənişləri daha qısa müddətdə və daha rahat edə biləcəklər. Yeni NFC texnologiyalı xidmət, ödənişləri mobil telefon vasitəsilə həyata keçirməyi mümkün etdiyindən, pulqabında bank kartlarını gəzdirməyə də ehtiyac qalmır. Android smartfonlarında təmassız (NFC) ödənişləri həyata keçirmək üçün UBank app-ında yeni uPay xidməti müştərilərin istifadəsinə verilib. Contacltess imkanlı kartlarla ödəniş edilən bütün POS-terminallarda smartfonun NFC texnologiyası iləödəniş etmək mümkündür (https://www.youtube.com/watch?v=RHQjVSyaGqc ).
Bazardakı mövcud NFC texnologiyalı xidmətlərdən fərqli olaraq, ilk dəfə mobil tətbiqə daxil olmadan, sadəcə telefonu POS-terminala yaxınlaşdırmaqla, ödəniş
etmək mümkündür. İlk olaraq, Android smartfonlarda Mastercard
kartları üzrə istifadə olunan xidməti, artıq
Visa kartları ilə də istifadə etmək mümkündür.
Həmin kartla ödəniş etmək üçün:
- 100 AZN-dən aşağı məbləğlərdə sadəcə smartfonun ekranını işıqlandırmaq;
- 100 AZN və yuxarı məbləğlər üçün smartfonu blokdan açmaq kifayətdir.
Unibank kartın olmasa belə, UBank əlavəsini yükləyərək rəqəmsal kart yaratmaqla, NFC texnologiyalıödənişlərindən istifadə edə bilərsən.
Yaxın vaxtlarda Unibank tərəfindən rəqəmsal xidmətlər sahəsində müştəriyönümlü
daha bir neçə yeni məhsul və xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.