İnternet bankçılıq Daxil ol 117 Xidmət şəbəkəsi

Xəbərlər və aksiyalar

Unibankın Lənkəran filialında “Karyera Günü” keçiriləcək
04.06.2021
10 iyun 2021-ci il tarixində saat 10:00-17:00 aralığında Unibankın Lənkəran filialında "Karyera Günü" keçiriləcək.

Görüşdə iştirak edərək siz, bankımızla və işə qəbul prosesi ilə yaxından tanış olub, mövcud vakansiyalar üzrə birbaşa müsahibədən keçmək imkanı qazanacaqsınız.

İnsan resursları üzrə mütəxəssislərlə birbaşa ünsiyyətdə olaraq, siz karyeranızla bağlı maraqlandıran bütün sualları təqdim edə, onlara cavabları və dəyərli məsləhətləri ala bilərsiniz.


Tədbirin proqramı aşağıdakı kimidir:
- Unibankda karyera imkanları
- CV qəbulu prosesi
- Müsahibədə iştirak ilə bağlı məsləhətlər

Tədbirin keçiriləcəyi ünvan: Unibank Lənkəran filialı (Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 12, AZ4200)


Hər birinizi "Karyera Günü"ndə gözləyirik!
Məhsullar
Xəbərlər
Digər