Bu gün həyatınızda yeni bir başlanğıc olsun! Hər pis günün bitdiyinə bizi inandıran, dostlarımıza, kollektivimizə,şəhərimizə,dənizimizə qovuşduğumuz bu gündə, gələcək planlarınızla bağlı vacib bir addım atın. “Unibank”ın sizin, övladlarınızın gələcəyinə sərmayə qoyuluşu üçün başlatdığı sərfəli əmanət kampaniyasından faydalanın!
İndi “Unibank”da manat əmanət hesabı açmaq daha da sərfəli olub. 28
May Respublika Günü münasibəti ilə keçirilən kampaniya çərçivəsində qoyulan
manat əmanətlərinə, Unibank əlavə 2% hədiyyə edir. İyunun sonunadək davam edən
kampaniya zamanı öz vəsaitlərinizi sərfəli faizlə, güvəndiyiniz bankınıza
etibar edə bilərsiniz. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi
müddətin sonuna 10%-ə, “Yığım” depozitinin faiz dərəcəsi isə illik 7%-ə yüksəlib.
Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?
- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən
biri olursunuz;
- Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz;
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin
yuxarı həddi 12% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər
sığortalanır.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.