Baharın gəlişi biznesin də çiçəklənmə, məhsuldarlıq dövrüdür. “Unibank”ın kiçik və orta sahibkarlar üçün sərfəli yaz kampaniyası, biznes sahiblərinə istədikləri təklifi seçmək imkanı verir. “4 çərşənbə - 4 güzəşt” kampaniyasına daxil olan təkliflərin hər birində sahibkarlar üçün güzəştlər nəzərdə tutulub və paket sahibkarların istəklərinə uyğun hazırlanıb. Biznes sahibləri özləri üçün ən sərfəli olan şərtləri seçə bilərlər. “4*4” kampaniyası aprelin 30-dək davam edəcək.
4 paketdən ibarət kampaniya aşağıdakı təkliflərdən ibarətdir:
Su çərşənbəsi təklifi:
0% komissiya;
5000 AZN-dək kreditlərin zamin olmadan verilməsi;
ALBALI debet kartı hədiyyə;
12 ayadək güzəşt müddəti.
Od çərşənbəsi təklifi:
Cari faizə 4%-dək endirim;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
Yel çərşənbəsi təklifi:
0% komissiya;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
Torpaq çərşənbəsi təklifi:
0% komissiya;
Cari faizə 4%-dək endirim;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
Kampaniyadan faydalanmaq istəyən sahibkarlar aprelin sonunadək həftə içi “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Salyan”,“Mingəçevir”.