-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank rəhbərliyində yeni təyinat olub
03.02.2020

“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin edilib. Hazırda “Unibank”ın informasiya texnologiyaları və strateji inkişaf istiqamətləri Fərid Abuşovun kurasiyasındadır.

 

Fərid Abuşov 2007-ci ildən bank sektorunda çalışır. 2019-cu ilin iyun ayından Unibank komandasına qoşulub. İdarə heyəti sədrinin müavini təyinatınadək Unibank Müşahidə Şurası sədrinin strateji inkişaf məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

 

Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.

Axtarış

Məhsullar
Xəbərlər
Digər