“Unibank”ın “Bahar lotereyası”nın ikinci (sonuncu) tirajının qalibləri artıq müəyyən edilib. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsilə seçilib.
Fazil Canayev tirajın əsas mükafatının - Yunanıstanın Santorini adasında 2 nəfərlik 6 gecə/7 gün, 5 ulduzlu otel və səhər yeməyinin də daxil olduğu səyahət paketinin sahibi olub. Fazil Canayev deyir ki, uzun illərdir Unibankın müştərisidir: “5 ildən çoxdur ki, Unibank kartlarından istifadə edirəm və müştərilərə göstərilən xidmətdən çox razıyam. Lotereyadan xəbər tutanda, uduş şanslarımın çox olması üçün maksimum çalışdım ki, bütün alış-verişlərimi, ödənişlərimi Albalı debet kartımla edim. Səyahət paketini qazanmağı arzulayırdım, bununla belə bankdan zəng edib deyəndə ki, qalib siz olmusunuz, çox böyük sürpriz oldu. Bu, mənim ilk lotereya uduşum olsa da, çox dəyərli və ailəmizə sevinc yaşadan bir hədiyyə oldu. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün “Unibank”a təşəkkürümü bildirərəm”.
Xalidə Xudayarova isə lotereyada 1000 manat pul mükafatı qazanıb. Müştəri bildirir ki, alış-verişlərinin əksəriyyətini Albalı debet kartı ilə edir: “Albalı kartı həm sərfəlidir, həm də xərclərimə nəzarət etməyimə imkan verir. Bu mənim həyatımda ilk lotereya uduşudur. İnanıram ki, “Unibank”ın bu xoş sürprizi həyatımda bundan sonra qəfil və gözəl hədiyyələrin başlanğıcı olacaq”.
Xəyal Ağayev də lotereyada yüksək məbləğdə pul uduşunu qazanan Unibank müştərilərindən biridir: “Uzun illərdir Unibank müştərisiyəm. Albalı kredit kartından istifadə edirəm. Demək olar ki, bütün alış-verişlərimi, kommunal ödənişlərimi Albalı ilə edirəm. Güzəşt müddətli olduğundan, çox sərfəlidir. Çox şadam ki, xidmətindən hər zaman razı olduğum bankım, məni bu dəfə də sevindirdi - lotereya qalibi oldum. Unibank müştərisi olmaq, həyatında hər zaman xoş sürprizlərin olması deməkdir”.
“Unibank”ın “Bahar lotereyası”nın ümumilikdə 100 qalibi olub. 10 min manatlıq uduş fondu olan lotereyada martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilər iştirak edib. Lotereya nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi ilə keçirilib.
Lotereyanın ikinci (sonuncu) tirajının qaliblərinin siyahısı unibank.az saytında https://www.unibank.az/az/news/retail/486/_unibank_kb_bahar_lotereyasi_nin_2_ci_tirajinin_qaliblerini_achiqladi yerləşdirilib.