117

Xəbərlər və aksiyalar

Unibank kompensasiya ödənişlərini başa çatdırıb
27.05.2019

Unibank KB “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının uyğun olaraq, müştərilərinə kompensasiya ödənişlərini başa çatdırıb. Fərmanın icrasına başlanıldığı gündən indiyədək 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Proses dövründə kompensasiya alan müştərilərdən 56 994-ü öz vəsaitini kartla, 65 657 müştəri isə köçürmə ilə alıb. Ümumilikdə müştərilərə ödənilən kompensasiya vəsaitinin 52 milyon 677 min manatı kartla verilib. 12 milyon 580 min manat vəsait isə köçürmə ilə müştərilərə təqdim edilib.   

Kompensasiyaların verilməsi zamanı hansısa səbəbdən bank filiallarına gələ bilməyən müştərilərin vəsaitləri isə onların bankdakı mövcud cari hesablarına köçürülüb. Bu müştərilərə SMS bildirişlər göndərilib. Həmin müştərilər istədikləri vaxt şəxsiyyət vəsiqələri ilə filiala yaxınlaşaraq, vəsaiti məxaric edə bilərlər.

Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası, ilk gündən Unibank üçün əsas prioritet məsələdir. Kompensasiya ödənişlərini bitirən bank, artıq fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başlayıb. Yaxın günlərdə restrukturizasiyaya başlanılması planlaşdırılır. Bu haqda ayrıca məlumat veriləcək və müştərilərə SMS bildirişlər göndəriləcək.

Axtarış

Məhsullar
Xəbərlər
Digər