Xəbərlər və aksiyalar

Unibank Rio de Janeyroya gedəcək 4 gənci tapdı
27.05.2019

Yüksələn emosiyalar, həyəcan, gərginlik və hisslərlə yadda qalan “Traveler’s  Mind: Rio edition” yarışı mayın 26-da “Holiday Inn” mehmanxanasında keçirilib.  

Artıq ikinci ildir ki, “Unibank”ın Baş Sponsorluğu və “Vizam.az”-ın təşkilatçılığı ilə həyata keçirilən bu tədbirin əsas məqsədi səyahət həvəskarlarını bir araya toplamaqla yanaşı, həm də onların intellektual biliklərini sınamaqdır.

Yarış suallarının ümumi mövzusu ölkələr, onların coğrafiyası, maraqlı faktlar və ən əsası səyahətlə bağlı idi. Hər il 50 komanda tərkibində birləşən 200 intellektual beynin bilik savaşında bu il qalib “Gəzməyənlər” komandası adı ilə oynayan Ülvi Mehraliyev, Murad Muradov, Azər Abasəliyev, Qorqud İsrəfilzadə olub. Onlar xəyalların ölkəsi olan Braziliyanın arzulanan şəhəri Rio de Janeyroya gediş-gəliş bileti qazanıblar.

Qeyd edək ki, 2018-ci ildə ilk dəfə keçirilən yarışın qalib komandası tam heyət ilə Bakı-Praqa-Bakı bileti əldə etmişdi.

 

2-ci və 3-cü yer sahibləri “Unibank”dan “UniMiles” kartı və Vizam.az şirkətindən isə pulsuz viza dəstəyi xidməti ilə mükafatlandırılıblar.

“Vitam”, “Brandup”, “Ballı Bisi”, “Apeiron Group” şirkətləri, “Gəzəyənlər” səyahət cəmiyyəti də tədbirə dəstək olanlar sırasındadır.  

 

 

Məhsullar
Xəbərlər
Digər