-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank filialları bu şənbə xidmətinizdədir
03.05.2019

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanın icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində fəaliyətini davam etdirir. Müştərilərin kompensasiyalarını rahat və sürətli şəkildə alması üçün bu şənbə (4 may tarixində) Unibankın Abşeron və Region filialları səhər saat 10.00-dan 16.00-dək işləyəcək.

 

Müştərilərin növbələrdə vaxt itkisinin qarşısını almaq üçün kompensasiya alacaq müştərilərə xidmət növbəlilik prinsipi əsasında aparılır. Müştərilərə göndərilən SMS-lərdə hansı filiala və nə vaxt gəlməsi haqda məlumat qeyd olunur.

Bank mobil nömrəsi işlək olmayan müştərilərdən xahiş edir ki, şəxsiyyət vəsiqələrinin FİN kodunu öz mövcud işlək nömrələrindən SMS vasitəsi ilə 8117 nömrəsinə göndərsinlər. Bütün müştərilərə kompensasiya ödənişlərinin mayın sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Axtarış

Məhsullar
Xəbərlər
Digər