-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb
22.04.2019

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanının icrası ilə əlaqədar olaraq, bu gün Unibank müştərilərinə kompensasiyaların ödənişinə başlanılıb. İlk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər.

Kompensasiyaların müştərilərə daha rahat və operativ şəkildə verilməsi üçün Unibank filialları bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib. Filialların iş saatları bu həftə ərzində 1-5-ci günlər saat 20:00-dək, şənbə günü 18:00-dək uzadılıb.

Müştərilərin növbələrdə vaxt itkisinin qarşısını almaq üçün kompensasiya alacaq müştərilərə xidmət növbəlilik prinsipi əsasında aparılır. Müştərilərə göndərilən SMS-lərdə hansı filiala və nə vaxt gəlməsi haqda məlumat qeyd olunur.

Bank mobil nömrəsi işlək olmayan müştərilərdən xahiş edir ki, şəxsiyyət vəsiqələrinin FİN kodunu öz mövcud işlək nömrələrindən SMS vasitəsi ilə 8117 nömrəsinə göndərsinlər. Bütün müştərilərə kompensasiya ödənişlərinin 1 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Axtarış

Məhsullar
Xəbərlər
Digər