Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir
Unibank KB müştərilərinin vəsaitlərinin və məlumatlarının qorunmasını əsas məsuliyyəti
hesab edir. Son dövrlərdə dələduzluq sxemlərinin müxtəlif formalarla artması
fonunda Bank genişmiqyaslı təhlükəsizlik tədbirləri və maarifləndirici
kampaniyalar həyata keçirir. Məqsəd -həm fırıldaqçılıq cəhdlərini qabaqlamaq, həm də müştərilərin riskləri
vaxtında tanımasına kömək etməkdir.
Bankın gördüyü əsas təhlükəsizlik tədbirləri:
- 24/7
Fraud Monitoring (fırıldaqçılıq monitorinqi): Tranzaksiyaları avtomatik analiz edən sistemlər
şübhəli əməliyyatları dərhal bloklayır və əməliyyat sahiblərinə
xəbərdarlıq göndərir, müştərilərə şübhəli əməliyyatı dəqiqləşdirmək üçün
zəng edilir.
- Analitika
komandası: Rəqəmsal dələduzluq
hallarının qarşısının alınması məqsədilə komanda mütəmadi olaraq yeni
fraud ssenarilərini təhlil edir, yaranmış halları analiz edərək uyğun həll
yolları hazırlayır. Mövcud risklərə uyğun olaraq effektiv qabaqlayıcı həll
yolları formalaşdırılır.
- 3D
Secure və tokenizasiya: Onlayn ödənişlərdə
əlavə təsdiq (3D Secure) və kart məlumatlarının təhlükəsiz saxlanması üçün
tokenləşdirmə texnologiyası tətbiq olunur.
- Mobil
tətbiqdə ödəniş nəzarəti: Müştəriyə kartı bir
toxunuşla bloklama/aktivləşdirmə, gündəlik limitlərin təyini və əməliyyat
bildirişləri funksiyaları təqdim edilir.
- Biometrik
və çoxfaktorlu autentifikasiya: Hesab
girişləri və kritik əməliyyatlar üçün təhlükəsizlik qatları davamlı
gücləndirilir.
- İstənilən
şübhəli halların operativ araşdırılması: Bankın
təhlükəsizlik komandası və müştəri xidmətləri şübhəli əməliyyatları dərhal
araşdırır və müvafiq prosedurlarını tətbiq edir.
- Rəsmi,
doğrulanmış kanallar: Unibank yalnız mavi
nişanlı rəsmi sosial səhifələr vasitəsilə elanlar edir; bank tərəfindən
göndərilən rəsmi bildirişlər həmişə identifikasiyalı kanallardan gəlir.
Müştərilər üçün praktik
tövsiyələr:
- Məlumatlarını
heç kəslə paylaşma! Kart nömrəsi, CVV və
mobilə gələn 3D Secure kodunu heç kimə vermə.
- SMS-dəki
3D Secure mətnini yoxla: Kod gələn SMS-də
ticarət məntəqəsinin adı və məbləğ sənin ödəmənlə üst-üstə düşməlidir.
- Pul
köçürmə təkliflərinə diqqət et: Kartdakı
vəsaitləri digər hesaba köçürməyi təklif edən şəxslərə mütləq imtina et.
- Rəsmi
səhifələri izlə: Sosial mediada yalnız
“Unibank”ın mavi nişanlı səhifələrini izlə və şübhəli mesajları yoxla.
- Şübhəli
kredit, kart, uduşlu kampaniyalara inanma: Sosial
şəbəkələrdən gələn “xüsusi təklif” və ya “sənə aid hesab” tipli mesajlara
daxil olma.
- Bank
adından zəng etsələr belə məlumat vermə: Bank
əməkdaşı heç vaxt kartın tam nömrəsi, CVV və ya SMS-kod istəmir.
Əgər şübhəli əməliyyat görsəniz
- nə etməli?
Dərhal Unibank mobil tətbiqindən
kartınızı bloklayın və ya 117 Müştəri xidməti ilə əlaqə saxlayın, bankın
rəsmi sosial şəbəkələri üzərindən müraciət edin.
Təhlükəsizlik həm bankın, həm
də hər bir müştərinin birgə məsuliyyətidir. Birlikdə güclüyük!