24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdi.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"Unibank Kommersiya Bankı" ASC |
|
Dövlət qeydiyyat nömrəsi– İSİN |
AZ2017002026 |
|
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu / forması |
Kütləvi / Birqiymətli |
|
İstiqrazların sayı |
11,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1000 ABŞ Dolları |
|
İstiqrazların buraxılış həcmi |
11,000,000 ABŞ Dolları |
|
İllik gəlirlilik faizi |
8% |
|
Ödəmə periodu |
ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir |
|
Tədavül müddəti |
6 il |
|
Ticarətə buraxılma tarixi |
26.12.2024 |
|
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |