-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
"Unibank KB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
17.10.2024

16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank KB” ASC-nin ümumi buraxılış həcmi 20,000,000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.


Qeyd olunan istiqrazların yerləşdirilməsi 22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.


İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.


İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:


Emitentin adı

"Unibank KB” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2016002027

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli

İstiqrazın sayı

200,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazın buraxılış həcmi

20,000,000 manat

İllik gəlirlilik faizi

11.5%

Ödəmə Periodu

ildə günlərin sayı 360 ( üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürməklə hər 90 (doxsan) gündən bir ödənilir

Tədavül müddəti

36 ay

Ticarətə buraxılma tarixi

22.10.2024

Anderrayter

“Unicapital İ.Ş” ASC

 

Axtarış

Məhsullar
Xəbərlər
Digər