-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Unibank əmanət faizlərini yüksəltdi
07.08.2024

Pulunuzun həm etibarlı ünvanda saxlanılması, həm də sizə yüksək gəlir qazandırmasını istəyirsinizsə, çox rahatlıqla “Unibank”ı seçə bilərsiniz. “Unibank”ın təklif etdiyi yüksək depozit faizləri pulunuza pul qazandıracaq. Bank əmanət faizlərini 11%-ə qaldırıb. “Unibank”da əmanət hesabı açmaqla, gəliriniz yüksək, pullarınız sığortalı, özünüz isə rahat olacaqsınız.

Bankın əmanət növlərindən istədiyinizi seçə bilərsiniz. “Müddətli” depozit sizə yüksək faiz, “Yığım” istədiyiniz vaxt əmanətinizə artım etmək, “Proqressiv” pulunuzu müddətin sonunu gözləmədən istədiyiniz vaxt götürmək, “Topla” isə olduğunuz yerdə UBank mobil tətbiqində, seçdiyiniz müddətə və faizlə depozit hesabı açmaq imkanı verir. 

 

İndi “Unibank”da əmanət hesabı açmaqla, bu üstünlükləri qazanırsınız:

- Pulunuza illik 11%-dək yüksək faiz əldə edirsiniz;

-Ölkənin stabil inkişaflı və mənfəətli bankının 2 milyona yaxın müştərisindən biri olursunuz;

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

 

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12 % təşkil edir və “Unibank”a yerləşdirilən bütün əmanətlər sığortalanır.

 

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filiaları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/, https://twitter.com/unibank ) əldə etmək olar.

Axtarış

Məhsullar
Xəbərlər
Digər