117

Xəbərlər və aksiyalar

Unibankın dəstəyilə uşaqlar üçün bayram tədbiri keçirilib
03.06.2024

Unibank 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ƏƏSMN-nintabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində keçirilən tədbirə dəstək olub. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi (QUTDİB) tərəfindən keçirilən ikigünlük tədbir çərçivəsində uşaqlar üçün maarifləndirici və əyləndirici proqramlar təşkil edilib.


Tədbir proqramının məqsədi əlilliyi olan uşaqların cəmiyyətdən təcrid edilmədiklərini və hər zaman diqqət mərkəzində olduqlarını hiss etdirmək, onlara sevinc bəxş etmək olub.


Tədbir zamanı uşaqlara nağıllar oxunub, tamaşa nümayiş etdirilib, müxtəlif təlimlər keçirilib. Animatorun iştirakı ilə əyləncəli oyun və fləşmoblar, rəqslər uşaqları çox sevindirib.


Tədbirin sonunda sponsorların hədiyyələri uşaqlara təqdim edilib.

Axtarış

Məhsullar
Xəbərlər
Digər