“Unibank KB” ASC İdarə Heyətinin qərarına əsasən, Tahir Qəribov Korporativ Biznes üzrə Baş İnzibatçı vəzifəsinə təyin edilib.
Tahir Qəribov 2010-cu ildən Unibank komandasının üzvüdür. O, bankda müxtəlif vəzifələrdə işləyib. Bu təyinatadək o, Unicapital İnvestisiya Şirkətinin Baş direktoru vəzifəsindən çalışırdı.
Yeni vəzifədə Tahir Qəribov Unibankın korporativ biznesinin inkişafı istiqamətinə rəhbərlik edəcək.