Keşbek hesablanmır
Bəzi əməliyyatlar keşbek qazandırmasa belə, yüksək keşbek qazanılması üçün tələb olunan dövriyyə aktivliyinin artırılmasında iştirak edirlər.
200 AZN dövriyyənin aktiv edilməsi zamanı iştirak edir:
• Birja – Forex əməliyyatları;
• Sığorta ödənişləri;
• Mərc oyunu saytlarında (Quasi cash/gambling) edilən əməliyyatlar;
• UBank-istisna olmaqla, digər ödəniş sistemləri üzərindən Kommunal, Mobil ödənişlər, Stasionar telefonlar, İnternet/TV xidmət ödənişləri;
• Kredit ödənişləri;
• Hökumət portalında edilən ödənişlər;
• Rəqəmsal oyunlar;
• Nəqliyyat vasitələri;
• 18% vergi tətbiq edilən xarici ticarət nöqtələri;
• Kafe-restoran və yanacaqdoldurma məntəqələrində edilən ödənişlər zamanı ümumi ödənişlər üzrə 200 AZN-lik dövriyyə tamamlana qədər 3% keşbek hesablanacaq. Lakin bu ödənişlər dövriyyənin artmasına təsir etmir. Yəni, dövriyyəni artırmaq üçün digər hesablayan məkanlarda xərcləmək lazımdır. 200 AZN dövriyyə tamamlandıqdan sonra kafe-restoran və yanacaqdoldurma məntəqələrində edilən ödənişlər üzrə 5% keşbek qazanmaq mümkün olacaq.
Qeydlər:
• Partnyor mağazalarda, öncədən elan edilmiş endirimli məhsulların alışı zamanı keşbek bonusu hesablanmaya bilər;
• Cari ayın sonunda partnyor və qeyri-partnyor şəbəkələrdə qazanılan keşbek-in ümumi məbləği 1 AZN-dən az olarsa, qazanılan məbləğ hesaba köçürülməyəcək və sıfırlanacaq;
• Son 3 ay ərzində UBank-a daxil olmadıqda keşbek hesablanmayacaq.