Ümumi məlumat
• Minimal məbləğ: 0 AZN (Topla açılarkən və məbləğ artırılarkən minimum məbləğ tələbi yoxdur);
• Hər müddət üzrə (1/3/6/9/12 aylıq) eyni anda maksimum 3 aktiv "Topla" açmaq mümkündür;
• Məbləğin artırılması: "Topla"-nı UBank vasitəsilə artırmaq mümkündür. Həmçinin, avtomatik artırılma funksiyasından istifadə imkanı mövcuddur;
• Yuvarlaqlaşdırma funksiyası: POS-terminal vasitəsilə həyata keçirilən ödənişlər zamanı ödəniş məbləğini 1–10 AZN aralığında yuvarlaqlaşdırmaqla yaranan fərqin avtomatik "Topla"-ya köçürülməsi mümkündür;
• Faizlərin hesablanması: Faizlər gündəlik hesablanır və kapitallaşmır. Yalnız təyin edilmiş hədəfə (müddət və məbləğ) çatdıqda hesablanmış faiz məbləği tam formada "Topla" sındırılan zaman hesaba köçür;
• Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Milli valyutada 12%, Xarici valyuta 2.5% təşkil edir;
Hədəfə çatmayıb Topla-nı sındırdıqda, faizlər aşağıdakı kimi hesablanacaq:
Sərbəst Müddət:
Toplanın müddəti faktiki olaraq 0 - 30 günə kimi olduqda illik faiz dərəcəsinin 100%-ni təşkil edən faiz dərəcəsi üzrə;
3/6 aylıq:
Toplanın müddəti faktiki olaraq 0 - 30 günə kimi olduqda illik 0 (sıfır) faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 31-90 günə kimi olduqda illik faiz dərəcəsinin 20%-ni təşkil edən faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 91-180 günə kimi olduqda illik faiz dərəcəsinin 30%-ni təşkil edən faiz dərəcəsi üzrə;
9/12 aylıq:
Toplanın müddəti faktiki olaraq 0 - 90 günə kimi olduqda illik 0 (sıfır) faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 91-180 günə kimi olduqda illik faiz dərəcəsinin 20%-ni təşkil edən faiz dərəcəsi üzrə;
Toplanın müddəti faktiki olaraq 181-360 günə kimi olduqda illik faiz dərəcəsinin 30%-ni təşkil edən faiz dərəcəsi üzrə;