117

Tez-tez verilən suallar

1. UCard nədir?
UCard kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartdır. Həmçinin, bu kartda taksit (hissə-hissə) və 40 günədək güzəşt müddətli kredit xətti də mövcuddur. 

2. UCard-ın qiyməti nə qədərdir?
Kart pulsuzdur.

3. Kartın istifadə müddəti nə qədərdir?
Kart 5 illikdir.

4. UCard-ı necə əldə etmək olar?
UCard-ı sənə yaxın olan Unibank filialında yerindəcə dərhal əldə və ya UBank vasitəsilə sifariş edə bilərsən.

5. Albalı kredit kartımın xəttini UCard-a necə keçirə bilərəm?
UCard əldə edərkən sənə əməkdaşlarımız tərəfindən seçim təqdim olunacaq. Əgər kredit xəttli UCard seçilərsə, bu zaman mövcud olan Albalı kredit kartındakı məbləğ avtomatik olaraq UCard-a köçürüləcək. Debet kartı seçildiyi halda isə Albalı kredit xətti UCard-a köçürülmür.

6. Mən müxtəlif valyutalı hesablar arasında vəsait köçürməsi edə bilərəm?
AZN valyutalı hesabdan xarici valyutalı hesablara vəsait köçürmək hazırda mümkün deyil. Xarici valyutalı hesablar arasında köçürmələr etmək mümkündür.

7. Kartımı itirmişəm, onu necə bloklaya bilərəm?
UCard-ı iki üsul ilə UBankda bloklamaq mümkündür:
-Kartı tamamilə bloklamaq
-Kartın fiziki istifadəsinin bloklanması.
Kartın fiziki istifadəsinin bloklanması sırf UCard-a məxsus özəl funksiyadır. Bu funksiyanı aktivləşdirməklə, kartın UTM və POS terminallarda istifadəsini məhdudlaşdırmaq mümkündür (istisna olaraq Apple Pay, Google Pay™ və NFC dəstəkləyən smart-cihazlarla istifadə etmək olar). Onlayn ödənişlərdə isə yalnız kartın öncədən saxlandığı saytlarda və UBank-da mümkündür.

8. Kart qalığına bonus və keşbeklər necə hesablanacaq?
Kart qalığına bonus bu qayda ilə hesablanır. Keşbek isə bu qayda ilə hesablanır.

9. UCard-da əsas hesabı necə seçə bilərəm?
Bunun üçün sadəcə UBankda əsas hesab kimi təyin etmək istədiyin hesabın üzərinə sıxmaq kifayətdir. UTM-lərdə də bunu etmək mümkündür. 

10. UCard-ın hesabını necə artıra bilərəm?
UCard hesabını UTM, Unibank ödəmə terminalı, MilliÖn və eManat terminalları vasitəsilə artırmaq mümkündür. Həmçinin, Unibank filiallarındakı kassalarda, million.az, emanat.az saytları (və mobil tətbiqlərdən) və UBank tətbiqindən də mədaxil etmək mümkündür.
Qeyd: UTM vasitəsilə ilə AZN, EUR (50, 100 və 200 EUR-luq əsginaslar), USD (100 USD-lik əsginas) valyutalarında, digər ödəmə terminalları isə yalnız AZN valyutasında mədaxil etmək mümkündür.

11. Kredit necə əldə edə bilərəm?
Filiala gəlmədən nağd kredit əldə etmək üçün 8117 SMS nömrəsinə KREDİT sözünü göndərmək kifayətdir. Kredit mütəxəssisi tərəfindən məlumatlar emal olunduqdan sonra, kredit ayrılması mümkün olarsa, təyin edilən məbləğ dərhal UCard-ın hesabına köçürüləcək.

12. Hissə-hissə (taksit) ödənişli alış-verişlər etmək üçün UCard-ı necə sifariş edə bilərəm?
Bunun üçün UCard-ı sifariş edərkən əməkdaşlarımız tərəfindən sənə təklif olunacaq. Həmin təklif seçildiyi təqdirdə, məlumatlar mütəxəssis tərəfindən yoxlanılacaq və müvafiq kredit məbləği karta əlavə olunacaq.
Həmçinin, UBank tətbiqində “Kredit müraciəti” bölməsindən sorğu göndərərək də əldə etmək mümkündür.

Axtarış

Məhsullar
Xəbərlər
Digər