Unibank terminalları (Cash-in, UTM) Bu terminallar vasitəsi ilə debet kartınıza onlayn şəkildə 7/24 vəsait mədaxil edə bilərsiniz.
Mədaxil olunan məbləğdən asılı olmayaraq komissiya haqqı - 0%
Unibankın ümumilikdə 115 olmaqla, GRG və NCR növlü UTM-ləri 7/24 xidmətinizdədir!
Kart hesabına mədaxil və kredit kartı üzrə aylıq ödənişləri UTM-lər vasitəsilə heç bir komissiya ödəmədən etmək mümkündür. Üstəlik, birdəfəyə toplu vəsaiti çox rahat və sürətli şəkildə əlavə etmək mümkündür!
Köçürmənin aparılması qaydası:
- Cash-in tipli terminalda “Debet kartına mədaxil” və istənilən kart növü seçilir
- Tələb olunan məlumatlar daxil edilir və vəsait mədaxil olunur.
- NCR tipli terminalda kart daxil edilir və “Balans artımı” bölməsi seçilir
- GRG tipli terminallarda kart daxil edilir və ya kartoxuyucunun üzərinə yerləşdirilir. Daha sonra “Balans artımı” bölməsi seçilir
- Valyuta seçimindən sonra əsginaslar daxil edilir.
eManat
Bu terminal vasitəsi ilə debet kartınıza onlayn şəkildə 7/24 vəsait mədaxil edə bilərsiniz.
Komissiya haqqı - köçürmə məbləği gündəlik 200 AZN-dək olduqda 0%;
200 AZN-dən çox olduqda 0.5% (min. 1 AZN ).
Köçürmənin aparılması qaydası:
- Terminalda Unibank seçilir
- “Karta onlayn mədaxil” bolməsinə daxil olunur
- Debet kartın son 8 rəqəmi və bitmə tarixi qeyd edilərək axtarılır və vəsait mədaxil edilir.
MilliÖn