Unibank terminalları (Cash-in, UTM) Bu terminallar vasitəsi ilə debet kartınıza onlayn şəkildə 7/24 vəsait mədaxil edə bilərsiniz.
UTM-də mədaxil olunan məbləğdən asılı olmayaraq komissiya haqqı - 0%
Unibankın ümumilikdə 170 yaxın GRG və NCR növlü UTM-ləri 7/24 xidmətinizdədir!
Kart hesabına mədaxil və kredit kartı üzrə aylıq ödənişləri UTM-lər vasitəsilə heç bir komissiya ödəmədən etmək mümkündür. Üstəlik, birdəfəyə toplu vəsaiti çox rahat və sürətli şəkildə əlavə etmək mümkündür!
Köçürmənin aparılması qaydası:
- Cash-in tipli terminalda “Debet kartına mədaxil” və istənilən kart növü seçilir
- Tələb olunan məlumatlar daxil edilir və vəsait mədaxil olunur.
- NCR tipli terminalda kart daxil edilir və “Balans artımı” bölməsi seçilir
- GRG tipli terminallarda kart daxil edilir və ya kartoxuyucunun üzərinə yerləşdirilir. Daha sonra “Balans artımı” bölməsi seçilir
- Valyuta seçimindən sonra əsginaslar daxil edilir.
*Unibank ödəmə terminallarında - təqvim ayı ərzində müştəri üzrə kartlara 3000 AZN-dən çox mədaxil olduqda komissiya - 0,5% (min. 1 AZN)
eManat
Bu terminal vasitəsi ilə debet kartınıza onlayn şəkildə 7/24 vəsait mədaxil edə bilərsiniz.
Komissiya haqqı - köçürmə məbləği gündəlik 200 AZN-dək olduqda 0%;
yuxarı məbləğə komissiya - 0.5% (min. 1 AZN ), təqvim ayı ərzində müştəri üzrə məbləğ 3000 AZN-dən yuxarı olduqda komissiya 1% (min. 1 AZN).
Köçürmənin aparılması qaydası:
- Terminalda Unibank seçilir
- “Karta onlayn mədaxil” bolməsinə daxil olunur
- Debet kartın son 8 rəqəmi və bitmə tarixi qeyd edilərək axtarılır və vəsait mədaxil edilir.
MilliÖn