117

Tələb olunan sənədlər

— Borcalanın (birgə Borcalanın) şəxsiyyətini təsdiq edən sənəd (sənədin surəti);
— Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti);
— Borcalanla (birgə Borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surətləri);
— Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surətləri);
— Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti;
— Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa əlavə iş yerindən arayış və s.);
— İpoteka predmetinin qiymətləndirmə aktı.

*Qeyd: Təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.


Axtarış

Məhsullar
Xəbərlər
Digər