117

Əlavə məlumat

30.04.2024-cü il tarixinədək güzəştli şərtlərlə adi ipoteka kreditini illik cəmi 7% ilə ilkin ödənişi minimum 30% etməklə əldə etmək olar.

— İpoteka Krediti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hesabına verilir
— Valyuta: AZN
— Məbləğ: 150 000 manatdan (güzəştli ipotekada 100.000) və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 70%-indən artıq ola bilməz
— Müddət: 3 ildən 25 ilədək (güzəştli ipotekada 30 ilədək)
— İpoteka kreditlərinin illik dərəcəsi: 8%-dən artıq ola bilməz (güzəştli ipotekada 4%-dən artıq ola bilməz)
— İlkin ödəniş: min. 30%
— Girov: yaşayış sahəsi
— İpoteka predmetinin dəyərinin qiymətləndirilməsi: müstəqil qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilir
— Kredit alan: yalnız Azərbaycan vətəndaşlarına verilir
— Ödəniş: kredit üzrə əsas borc və hesablanan faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilir.
— Sığorta: borcalanın həyatı və əmək qabiliyyəti, habelə girov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə siğorta olunmalıdır
— Kreditin son ödəniş tarixi: borcalanın yaşı qanunvericiliklə müəyyən olunan pensiya yaş həddindən çox olmamalıdır
— Krediti ödəmək: İpoteka ödənişinin Hökümət ödəniş portalında https://gpp.az/ və yaxud UBank tətbiqinin “Hökumət ödənişləri” bölməsindən edilir
— Kredit müraciəti: İpoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçərkən borcalanlar Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməlidirlər.




Axtarış

Məhsullar
Xəbərlər
Digər