-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Qarantiyalar

Biznes partnyorun ilə əməkdaşlığı qarantiyaya al!

Bank qarantiyası - beynəlxalq kommersiya əməliyyatlarında müqavilə öhdəliklərinin icra edilməsində ən vacib alət olaraq, həmçinin alqı-satqı və ya xidmətin göstərilməsi müqavilələrinə müstəqil hüquqa malik əlavə kimi çıxış edir. Qarantiyanı təqdim etdikdə, bankın müştərisi öz müqavilə öhdəliyini icra etmədiyi halda, bank həmin məbləğin ödənişini öz öhdəsinə götürür. Qarantiya əməliyyatları həm Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, həmdə beynalxalq qanunvericilik qaydalarına əsasən tənzimlənir.

Risklərinizi minimuma endirmək üçün Bank Sizə sərfəli şərtlərlə aşağıda göstərilən növlər üzrə qarantiyaları təklif edir:  


— Ödəniş qarantiyası.

— Avans ödənişin qarantiyası.

— Müqavilənin yerinə yetirilməsinin qarantiyası.

— Tender qarantiyası.

— Ehtiyat akkreditiv şəklində qarantiya («stand-by»).



Təminatsız Qarantiya

Təminatsız qarantiya məhsulu alqı-satqı proseslərində, tenderlərdə iştirak zamanı bankın maliyyə məsələlərində biznes sahibinə qarantiya durduğunu göstərən məktubun verilməsini nəzərdə tutur. Təminatsız qarantiya biznes sahibinin aylıq dövriyyəsinə əsasən rəsmiləşdirilir və sahibkardan heç bir girov təminatı alınmadan verilir. Bank məhsul satan və yaxud tender keçirən tərəfə qarantiya məktubu verməklə, müştərinin ödənişlərinə təminat verir. Nəticədə isə müştəri istədiyi layihədə iştirak edə, mal ala və ya digər öhdəliklərini çox rahatlıqla və vaxtında edə bilir.



Axtarış

Məhsullar
Xəbərlər
Digər