Dayanıqlılıq üzrə İdarəetmə
Dayanıqlılıq üzrə idarəetmə beynəlxalq maliyyə institutlarının tövsiyələri və qabaqcıl təcrübə nəzərə almaqla formalaşdırılmışdır.
Dayanıqlılıq və məsuliyyətli bankçılıq prinsiplərinin, habelə iqlim risklərinin və imkanlarının Bankın strateji hədəfləri və fəaliyyətinə inteqrasiyasına Müşahidə Şurasının Dayanıqlılıq Komitəsi nəzarət edir.
Bankın dayanıqlılıq üzrə yanaşmasının, siyasətinin və strateji hədəflərinin formalaşdırılmasını, onların həyata keçirilməsini və bundan irəli gələn tədbir və təşəbbüslərin icrasını, habelə Bankın dayanıqlı maliyyə və ESİ profilinin gücləndirilməsini İdarə Heyətinin Sədri tərəfindən rəhbərlik edilən Dayanıqlı Maliyyə və ESİ Komitəsi həyata keçirir.
Bankın fəaliyyətinə, korporativ idarəetmə sisteminə, maliyyə xidmət və məhsullarına, habelə risklərin idarəedilməsi və daxili nəzarət çərçivəsinə dayanıqlı maliyyə prinsiplərinin və ESİ faktorlarının tətbiqini və koordinasiyasını Dayanıqlılıq üzrə menecer həyata keçirir.