117
Hesabatlar

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 

Unibank müştəriyönümlü bank olaraq əsas fəaliyyət istiqamətlərini müştərinin istəkləri, ehtiyacları və rahatlığı üzərində qurub. Müştərinin istəklərindən, tələblərindən irəli gələrək çıxılan bu yol, onu dinləyərək daim inkişafa aparır. 


2021-ci ildə Unibank Azərbaycanda ilk dəfə olaraq «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq Leobank-ı  yaratdı. Leo müştəriləri kredit limiti olan əlverişli Visa kartından istifadə etmək, ödəmə və köçürmələri həyata keçirmək, Keşbek almaq və daha çox üstünlüklərdən yararlanmaq imkanına malikdirlər.

Yenilənmə tarixi - 31.12.2022

Axtarış

Məhsullar
Xəbərlər
Digər