Topla kiçik qənaətlə böyük hədəflərə doğru getməkdir!
Həyatında böyük planların var, amma onları reallaşdırmaq üçün pul yığmaq çətin görünür? Narahat olma! UBank mobil tətbiqindəki "Topla" funksiyası sənə bu yolda əsl köməkçi olacaq. Bu, sadəcə bir əmanət növü deyil, sənə məqsədyönlü şəkildə pul yığmaq və üstünə əlavə qazanc əldə etmək imkanı verən rəqəmsal əmanət məhsulumuzdur.
İstər yeni bir avtomobil, istər uzun zamandır xəyal etdiyin o səyahət, istərsə də gələcək investisiyalar üçün olsun Topla sənə bu hədəflərə doğru addım-addım irəliləmək üçün lazımi dəstəyi verir. Bəs bu sistem necə işləyir? Sadəcə məqsədini müəyyən et, məbləğini artır və müəyyən müddət ərzində qazanc əldə et! Ən gözəli isə Topla hesabına pul yatırmaq üçün minimum məbləğ tələbi yoxdur, yəni 0 manatla belə başlaya bilərsən!
Topla əmanətinin üstünlükləri nələrdir?
Topla əmanət növünün digərlərindən fərqi nədir? Əlbəttə ki, Unibank-ın təklif etdiyi əmanət növlərinin hər birinin ayrı üstünlükləri vardır. Topla əmanət növünün əsas üstünlüyü isə onlayn şəkildə depozit açmaq imkanının olmasıdır. Pulunu sadəcə bir yerdə saxlamaqla kifayətlənmək yerinə onu həm artıra, həm də düzgün yönləndirə bilərsən. Bəs Topla əmanəti sənə nə qazandırır?
1. İllik faiz dərəcəsi 9%-ə qədər yüksələ bilən Topla, qənaət etməklə kifayətlənməyərək puluna dəyər qazandırır.
2. Minimum məbləğ 0 AZN olduğu üçün, istənilən vaxt istədiyin qədər artıraraq özünə uyğun bir plan yaratmaq fürsətini verir.
3. Maddi vəziyyətinə uyğun olaraq, Unibank və digər bank kartlarından istədiyin qədər məbləğ əlavə etməyə və eyni zamanda ehtiyac hiss etdikdə komissiyasız şəkildə çıxarmağa imkan yaradır.
4. Avtomatik yığım sisteminin olması Topla-nın bir digər üstünlüklərindəndir, "Yuvarlaqlaşdırma" funksiyası ilə hər dəfə kartla POS-terminalda ödəniş etdikdə artıq qalan qəpiklərin avtomatik "Topla" hesabına köçürülməsini təmin edir.
5. Hər müddət üçün fərqli seçimlər təqdim etdiyi üçün, istədiyin vaxt 3, 6, 9 və ya 12 aylıq "Topla" yaradaraq fərqli məqsədlər üçün yığım planlarını paralel şəkildə aparmağa şərait yaradır.
6. Eyni anda 3 fərqli "Topla" hesabı açmaq imkanı təqdim etdiyi üçün, müxtəlif hədəflər üçün ayrıca yığım planları yaratmağa və hər birini öz strategiyana uyğun idarə etməyə şərait yaradır.
7. Ən əsası isə, əmanətlərin tam təhlükəsiz şəkildə qorunmasını təmin edərək faizlərin hər gün hesablanmasını və yalnız müəyyən etdiyin hədəfə çatdıqda əsas hesaba köçürülməsini təmin edir.
Hədəfə çatmadan pul çıxarsan nə olar?
Əlbəttə, bəzən planlar dəyişə bilər və yığdığın məbləği müəyyən olunmuş vaxtdan əvvəl götürməli ola bilərsən. Bu halda, faizlər aşağıdakı kimi hesablanacaq:
0-30 gün ərzində çıxarsan – faiz hesablanmır.
31-90 gün ərzində çıxarsan – faiz dərəcəsinin 20%-i hesablanacaq.
91-180 gün ərzində çıxarsan – faiz dərəcəsinin 30%-i hesablanacaq.
181-360 gün ərzində çıxarsan (9/12 aylıq planlar üçün) – faiz dərəcəsinin 30%-i hesablanacaq.
Bu sistemin məqsədi insanları yığım planlarına sadiq qalmağa təşviq etmək və uzunmüddətli qazanc əldə etmələrinə kömək etməkdir. Əgər hədəfinə sona qədər davam etsən, qazancın maksimum olacaq!
Niyə Topla seçilməlidir?
Büdcəni səmərəli idarə etməyi öyrənmək,
Maliyyə hədəflərinə çatmaq,
Onlayn şəkildə depozit hesabı açmaq,
Ən rahat qənaət sistemi ilə pul yığmaq istəyirsənsə, elə indi Topla aç!
Unibank-ı seçməklə hədəflərinə daha tez çata biləcəyini özün gör!
Daha çox
Gizlət