Müddətli depozit ilə puluna dəyər qat! Depozit hesabı aç və pulunu artır!
Cədvəl
Müddəti bitmiş və prolonqasiya olunan AZN valyutasında "Müddətli" əmanət üzrə faizlərin ayda bir dəfə alınması şərti ilə 12 aylıq - 10%, 18 aylıq - 10.5%, faizlərin depozitin müddətinin sonunda alınması şərti ilə 12 aylıq 10.25%, 18 aylıq 10.75% ilə uzadılır.
Əmanət təminatlı kredit
Kalkulyator
Əmanətin vaxtından əvvəl götürülməsi
Əlavə məlumat
Banka pul qoymaq üçün bankın təklif etdiyi minimum məbləğ və müddət kimi şərtlərə riayət edilməlidir. Şəxsiyyət vəsiqəsi və digər zəruri sənədlər də tələb oluna bilər.
Faiz dərəcəsi, bankın depozit məbləği üzərində ödədiyi və ya kredit məbləği üzərində aldığı faiz nisbətidir. Bu dərəcə illik olaraq göstərilir və müxtəlif faktorlarla dəyişə bilər.
Depozit hesablama, banka pul qoyduğunuz məbləğə, faiz dərəcəsinə və əmanət müddətinə əsaslanır. Depozit kalkulyatorları vasitəsilə bu hesablamanı asanlıqla apara bilərsiniz.
İllik faiz dərəcəsi, əmanətin bir il ərzində əldə edəcəyi faiz gəlirini göstərir. Əmanətin müddəti uzadıldıqda, bu dərəcə əsasında faiz gəliri toplanır.
Bank depozit fiziki və hüquqi şəxslərin bankda saxladıqları, müəyyən faizlə artırılan pul vəsaitidir. Müştəri bankla müqavilə bağlayaraq pulunu müəyyən müddətə və faizlə bankda saxlayır.
Filial və UTM-lərin ünvanları, həmçinin - iş saatları və digər məlumatlar haqqında ətraflı.
Daha ətraflıOnlayn-məsləhətçi, 117 Çağrı mərkəzi və ya bank filiallarına müraciət et və suallarına cavab al. Rahat və asan!
Daha ətraflıDepozit, hesabında olan məbləğin passiv saxlanılması yerinə, qazancını artırmaq üçün ən ideal yollardan biridir. Unibank-ın bu xidməti sayəsində həm pulunu etibarlı şəkildə qoruyacaq, həm də yaxşı qazanc əldə edəcəksən. Necə deyərlər: "Qoy, pul sənin üçün işləsin!" Niyə gözləyəsən ki? Unibank-ın müddətli depozit növü ilə sərvətini böyüt ki, gələcəkdə maliyyə rahatlığına sahib ola biləsən. Elə indi depozit hesabı aç, puluna dəyər qat və maliyyə azadlığına bir addım daha yaxınlaş!
Unibank sənə yüksək qazanc təklif edən bir fürsət təqdim edir! Minimum 500 AZN/EUR/USD depozit qoyaraq maliyyə sabitliyini təmin edə bilərsən. Faizlər isə olduqca cəlbedicidir: AZN üzrə 10,25%-dək, USD üzrə isə 4.5%-dək illik qazanc əldə etmək imkanı. Müddəti isə 3 aydan 24 aya qədər sən seçirsən. Bundan daha yaxşı imkan? Bu depozit növü sənə sərbəstlik verir! Faizlərini istər hər ay, istər müddətin sonunda ala bilərsən.
Bankda pul saxlamaq heç vaxt bu qədər sərfəli olmamışdı! Müxtəlif müddətlər üzrə depozit faizləri sənə uyğun şərtlərlə təklif olunur. Seçimini et, gəlirini artır və sabahına güvənlə bax. Bu sadəcə depozit deyil, bu sənin gələcək planlarının təməlidir. Ev, maşın, səyahət və ya sadəcə maliyyə güvənliyi, hər şey sənin əlindədir.
Təkcə qazanc deyil, üstünlüklər də sənin olacaq! Müddətli depozit yerləşdirən depozitçilər üçün eksklüziv hədiyyələr və imtiyazlar təklif edirik. Belə ki, Mastercard Black Edition kartı ilə premium bankçılıq xidmətlərindən faydalana bilərsən. Əgər depozit məbləğin 20,000 AZN və daha çoxdursa, sənə xüsusi xidmətlər də təqdim olunacaq. Bu, sadəcə banka pul qoymaq deyil, həm də rahatlıq və üstünlüklər dünyasına qapı açmaqdır!
Pulun işləyir, amma sənə əlavə vəsait lazımdır? Heç problem deyil! Unibank sənə depozit təminatlı kredit imkanını da təqdim edir. Depozitin məbləğindən asılı olaraq iki fərqli kredit seçimi ilə maliyyə ehtiyaclarını qarşılaya bilərsən:
1. Depozitin 80%-dək kredit imkanı
2. Depozitin 60%-dək kredit imkanı
Bu, hər iki tərəfdən qazanc deməkdir! Planlarını həyata keçirmək üçün artıq gözləməyə ehtiyac yoxdur.
Gələcəyini düşün, planlarını qur və artıq bu gündən maliyyə azadlığına doğru addım at! Unibank-ın Müddətli depozitləri ilə sənin pulun sənin üçün işləyəcək. Vaxt itirmə, qazanclı gələcəyə indidən investisiya et!
Bank depozit maliyyə sabitliyi və gəlir əldə etmək istəyən hər kəs üçün ən güvənilən investisiya vasitələrindən biridir. Xüsusilə Unibank-ın təqdim etdiyi Müddətli depozit məhsulu sayəsində vəsaitini yalnız qorumaqla kifayətlənməyəcək, eyni zamanda yüksək faiz gəliri əldə edərək gələcəyini daha etibarlı şəkildə planlaşdıra biləcəksən. Minimum risklə qazancını artırmaq, sabahını düşünmək və maliyyə azadlığına doğru inamla addımlamaq istəyirsənsə, bu fürsəti qaçırma! Bank depozit məhsulları ilə tanış ol və həm rahatlıq, həm qazanc əldə et!
Depozit növləri haqqında daha ətraflı məlumatları paylaşmaqda məqsədimiz sənin depozitinin nə qədər etibarlı saxlanması və artması üstünlüyünü bildirməkdir. Niyə də sən bu fürsəti dəyərləndirməyəsən? Belə ki, Unibank-ın depozit məhsulları müştərilərin maliyyə hədəflərinə uyğun olaraq iki əsas növə ayrılır: uzunmüddətli və qısamüddətli depozitlər. Hər iki variant müştərilərə arzularına çatmaqda kömək edir. Sən arzularına çatmaq üçün bu təkliflərə üz döndərmə. Bizi seç və daha çox gəlir qazan!
Uzunmüddətli depozit nədir və mənə hansı üstünlüyü verir deyə sual verənlərə bildirmək istəyirik ki, uzunmüddətli depozitlər, sabit faiz dərəcələri ilə yığımları artırmaq üçün ideal seçimdir. Bu növ depozitlərlə yerləşdirilən vəsait təhlükəsiz şəkildə artır. Müddət bitdikdə isə toplanan faiz gəliri ilə müştəri, istəklərini reallaşdırmaq və ya yeni maliyyə planları qurmaq imkanı əldə edir. Sənin hədəflərin seçimindən asılı olaraq dəyişə bilər. Əgər daha böyük faiz məbləği qazanmaq istəyirsənsə, o zaman uzunmüddətli depozit növünü seç və depozitinə daha böyük qazanc əlavə et.
Qısamüddətli depozit ilə uzun müddət gözləməyə ehtiyac qalmadan gəlirini artıra bilərsən. Qısamüddətli depozitlər daha çox çeviklik və rahatlıq təmin edir. Belə ki, istənilən zaman sən vəsaitini geri çəkə bilərsən. Bu da əlavə gəlir əldə etməyinə və maliyyə idarəçiliyini asanlaşdırmağa imkan yaradır. Beləliklə, həm gəlir əldə edə, həm də maliyyə azadlığını rahatlıqla qoruya bilərsən. Unibank, müştərilərinə müxtəlif depozit seçimləri təklif edərək maliyyə hədəflərinə çatmağa dəstək olur. Hər bir məhsul, müştərilərin ehtiyaclarına uyğun hazırlanıb. Beləliklə, həm vəsaitlər təhlükəsiz şəkildə artır, həm də müştərilərin gələcəyini daha güvənli qurmasına kömək edir. Unibank-ın depozitləri ilə maliyyə planlamanı sadə və effektiv şəkildə həyata keçirə bilərsən. Gələcəyini güclü bir təməl üzərində qurmaq istəyən hər kəs bizim depozit məhsullarımızdan faydalana bilər!
Depozitlər ilə illik faiz qazanmaq istəyirsən? Hər bir müştərinin tələbini və gözləntisini qarşılayacaq şəkildə illik faizlər təklif edirik. Daimi gəlir qazanmaq arzusunda olan hər bir müştəri vəsaitlərinin təhlükəsiz şəkildə saxlanılmasını istəyir. Bu istəkləri Unibank olaraq gerçəkləşdirə bilirik. Bankımız bu yöndə mükəmməl təkliflər təqdim edir. Belə ki, Unibank tərəfindən təklif olunan depozit növləri iki formada - uzunmüddətli və qısamüddətlidir. Depozit məhsullarımız hər kəsin maliyyə hədəflərinə çatmasına imkan yaradır. Bu imkanlardan sən də yararlan və gəlirinin artmasına şərait yarat. Daha çox qazanc əldə etməyin mükəmməl yollarını bizimlə dəyərləndir! Depozit maliyyə aktivlərini banka yerləşdirməkdən qazanc əldə etməyin yollarından biridir.