Kredit xətti qısamüddətli (1 ilə qədər) maliyyələşmə üçün nəzərdə tutulan bank məhsuludur. Kredit xətti vasitəsilə həm biznes layihələrinin maliyyələşdirilməsini, həm də dövriyyədə vəsaitinin artırılmasını həyata keçirə bilərsiniz. Kredit xəttinin biznes kreditlərdən fərqləndirən əsas xüsusiyyəti müştəri tərəfindən ödənilən məbləğ ilə kredit xətti limitinin yenidən bərpa olmasdır.
Ölkə bank sektorunda ilk dəfə olaraq Unibank sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən bankın filiallarına gəlmədən, çox qısa zamanda istifadə imkanı yaradıb. Sadəcə internet bankinq-lə müraciət edirsiniz, Asan İmza vasitəsilə imza atırsınız və cəmi 5 dəqiqə ərzində vəsait sizin cari hesabınıza köçürülür. Hətta ölkə xaricində olanda da, elektron müraciət etməklə, kredit xəttindən istifadə edə bilərsiniz.