Kart qalığına illik 7%-dək gəlir
Kart qalığına yüksək faizlərin hesablanması qaydası:
Unibank kartları üzrə hesabda olan vəsaitə heç bir dövriyyə tələbi olmadan 7% illik artım imkanı!
AZN valyutalı kartların hesab qalığına bonus aşağıdakı qaydalara uyğun olaraq hesablanır:
•  kart hesabında 5000 - 50 000 AZN-dək olduqda illik 7%;
•  kart hesabında 5000 AZN-dək məbləğ olduqda illik 1%;
•  kart hesabında 50 000 AZN-dən yuxarı hissəsi üçün isə illik 1%.
Qeydlər:
•   Müştərinin birdən
çox kartı varsa, yalnız ən cox vəsait olan bir AZN valyutalı kartının 50 000 AZN-ə qədər hissəsinə illik 7% hesablanır, digər AZN valyutalı
kartlar üzrə standart illik 1% hesablanır;
•  Digital kart, biznes
kartlar, xarici valyutalı kartlar, depozit faizlərinin təqdim olunması üçün kartlar üzrə faiz hesablanmır;
•  Unimiles,
Mastercard Black Edition, Mastercard World Elite kartlarında kart qalığına
bonus mil olaraq hesablanır;
•  Ay ərzində müştərinin
faiz hesablanan Unibank kartları qalığı üzrə hesablanmış faiz məbləği minimum 5
AZN(daxil olmaqla) olduğu təqdirdə
vəsait karta köçürülür.
•  AR Vergi Məcəlləsinə
əsasən 01.02.2023 tarixindən sonra əmanət, "Topla" məhsulu və kart qalıqları üzrə ödənilən illik
faiz gəlirlərinin 10% məbləğində vergi tutulur. 01.01.2024 tarixindən etibarən vergi tutulmasında qanunvericiliyə əsasən müvafiq güzəştlər tətbiq edilir. Ətraflı burada;
•  Kart
qalığına bonusun hesablanması yalnız AR vətəndaşlarına və DYİ olan şəxslərə
şamil olunur.