-
дней
-
часов
-
минут
-
секунд
До конца 5-го тиража осталось совсем мало! Оплати картой Unibank и получи шанс выиграть квартиру в Sea Breeze, смартфон iPhone 15 Pro и множество денежных призов.
117
160 Unibank müştərisi lotereya qalibi olub
21.05.2019

Unibank kartı olan daha 59 müştəri lotereyada pul uduşu qazanıb. Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başladılan “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyada indiyədək 160  Unibank müştərisi pul uduşu əldə edib. Üç aylıq lotereyanın sonuncu tirajının qalibləri də artıq açıqlanıb (https://uploads.cbar.az/assets/5631f77d595ed884b61c36796.pdf ).

 

Lotereya rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə keçirilib. Tiraj ərzində POS-terminalda minimum 5 AZN-lik nağdsız əməliyyat edən kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə ediblər. 50 manatlıq uduş məbləği kart sahibinin bank hesabına “cashback” formasında qaytarılır.

 

Unibank kartınız varsa, siz xaricə səyahət paketi də qazana bilərsiniz. “Bahar lotereyası”  çərçivəsində Unibank kartı ilə mayın 31-dək nağdsız ödənişlərinizin hər 10 manatı sizə Satoriniyə 1 həftəlik səyahət paketi və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər. Yalnız pul uduş fondu 10 000 AZN olan lotereyanın ilk tirajı artıq keçirilib və əsas qalib iPhone X telefonu qazanıb. Santorini səyahət paketinin qalibi isə iyunun 10-da keçiriləcək ikinci tirajda məlum olacaq.

 

Lotereyada iştirak etmək üçün www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçmək tələb edilir.

Lotereyanın şərtləri ilə daha ətraflı bu linkdə (https://unbk.az/2HgDl0F) tanış ola bilər bilərsiniz.

Поиск

Продукты
Новости
Другое