-
days
-
hours
-
minutes
-
seconds
A couple days left until the end of the 5th draw!Pay with Unibank card and get chance to win an apartment in Sea Breeze, iPhone 15 Pro and many cash prizes.
117
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
15.08.2018
Unibankın mobil bank əlavəsi olan Unibank Mobile-ın istifadəçilərinin sayı 200.000-i ötüb. Yəni indi ən azı 200 min Unibank müştərisi banka gəlmədən, istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.

Araşdırmaların nəticəsi olaraq Unibank Mobile son 3 il ərzində davamlı olaraq Azərbaycanın ən mükəmməl və çox istifadə olunan mobil bank tətbiqi seçilir:
- 2016-cı ildə Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankçılıq xidməti- “Deloitte & Touche LLC”;
- 2017-ci ildə Azərbaycanın ən yaxşı mobil bankı - nüfuzlu “Markswebb” agentliyi;
- 2018-ci ildə ölkədə ən çox yüklənən mobil bank əlavəsi – “Business Insight International Research Group”-un araşdırması;
- Ən yaxşı mobil bank əlavəsi- NETTY2018 Azərbaycanın Milli internet mükafatının qalibi.

Yaxın günlərdə Unibank Mobile-ın yeni xidmətləri istifadəçilərə təqdim ediləcək. Unibank Mobile, Unibank müştərisinin əksər bank məhsul və xidmətlərindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını qarşısına məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
İndi ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalana bilirlər. Sizin bank kartınız Unibankda deyil, digər bankda olsa belə, bank xidmətlərindən elə olduğunuz yerdə, öz telefonunuzda istifadə edə bilərsiniz. Bunun üçün sadəcə telefonunuza Unibank Mobile mobil əlavəsini yükləməyiniz və bank kartınızı əlavə etməyiniz kifayətdir.

Search

Products
News
Others