Unibank Qurban bayramı münasibətilə kredit kampaniyası keçirir
20.08.2018
Unibank Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayır. Qurban bayramı münasibəti ilə Unibank hər kəs üçün üç günlük 0% komissiyalı nağd istehlak krediti aksiyası keçirir. Hərbçi, müəllim, həkim, təqaüdçü - işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs avqustun 21-i, 24-ü və 25-də Unibank fililallarına gələrək 20.000 AZN-dək nağd krediti 0% komissiya ilə əldə edə bilər.
İndi Unibankdan kredit götürmək Sizə xüsusi üstünlüklər verir:
- komissiya 0%;
- sığorta xərci yoxdur;
- zamin tələbi yoxdur;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- 20 000 AZN-dək kredit məbləği;
- 48 ayadək ödəniş müddəti;
- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;
- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.
Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan , www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh ) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.