-
days
-
hours
-
minutes
-
seconds
A couple days left until the end of the 5th draw!Pay with Unibank card and get chance to win an apartment in Sea Breeze, iPhone 15 Pro and many cash prizes.
117
Unibank yenə lider oldu
29.03.2018
Unibank 3 nominasiya üzrə lider bank seçilib. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank 2 nominasiya üzrə 1-ci, bir nominasiya üzrə isə 2-ci yerin qalibi olub:

- “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yer;

- “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə 1-ci yer;

- “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə 2-ci yer.

Unibank bazarda elektron ticarət göstərən lider banklar siyahısındadır. Bank öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Bankın tərəfdaşları sırasında bu gün 200-dən artıq internet ticarətçisi var. İstənilən Visa və MasterCard kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər.

Unibank-ın ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin inkişafına verdiyi töhfədə Unibank Mobile əlavəsinin də xüsusi rolu var. Azərbaycanın ən çox yüklənən və ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile istifadəçilərinin sayı 100.000-i ötüb.

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

Search

Products
News
Others