-
days
-
hours
-
minutes
-
seconds
A couple days left until the end of the 5th draw!Pay with Unibank card and get chance to win an apartment in Sea Breeze, iPhone 15 Pro and many cash prizes.
117
Unibank 3% endirimli, 6 ayadək güzəştli aqrokreditlər təklif edir
15.02.2018
İndi Unibank-dan 300.000 AZN-dək kənd təsərrüfatı kreditini 3% endirimli alıb, biznesinizi daha da böyüdə bilərsiniz. Unibank-ın aqrokreditləri 6 ayadək güzəşt müddətlidir. Bank 20.000 AZN-dən yuxarı kənd təsərrüfatı kreditlərinə nağdlaşdırma və köçürmədə 50%-lik endirim edir. Kənd təsərrüfatı krediti rəsmiləşdirənlər, Unibank-ın pulsuz mobil və internet bankçılıq xidmətlərindən istifadə edərək, bizneslərini daha rahat idarə edə biləcəklər. 

Aqrokreditin şərtləri:
- Kənd təsərrüfatı kreditləri VÖEN sahibi olan sahibkarlara verilir;
- Məbləğ: 20.000 AZN-dən 300.000 AZN-dək;
- Kreditin müddəti: 3 ilədək;
- Güzəşt müddəti: 6 ayadək;
- Girov tələb olunur.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
- Sərfəli tariflər;
- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
- Sənəd dövriyyəsinin minimuma endirilməsi;
- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Search

Products
News
Others