-
days
-
hours
-
minutes
-
seconds
A couple days left until the end of the 5th draw!Pay with Unibank card and get chance to win an apartment in Sea Breeze, iPhone 15 Pro and many cash prizes.
117
Unibank öz korporativ saytını yenilədi
26.01.2018

Unibank yenilənmiş korporativ saytını ( www.unibank.az )  istifadəyə verib. Yenilənmiş sayt müasir və cəlbedici dizayna malik olmaqla, istifadəsi rahat, müştəriyönümlüdür. Sayt  “Kartlar”,“Kreditlər “, “Əmanətlər”,  “Köçürmələr”,  “Rəqəmsal bankçılıq” və “Əlavə xidmətlər” kimi əsas bölmələrə ayrılmaqla,  müştərilər üçün bank məhsul və xidmətlərini asan və sadə formada təqdim edir. Saytdan bank haqqında lazımı məlumatları, təşkilati strukturu, rəhbərlik, missiyası, maliyyə göstəriciləri, məhsulları və onların şərtləri, kampaniyalar, xəbərləri rahatlıqla tapmaq mümkündür. Yenilənmiş sayt dünya və korporativ standartlara cavab verməklə, müştərilərə bankın məhsul və xidmətləri haqda müfəssəl məlumatlar təqdim edir. Yeni saytın üstünlüklərindən biri də istifadəçiyə axtardığı məlumatları qısa müddətdə tapmaq,  seçim etmək imkanı verməsidir. Kredit və depozit bölümlərində yerləşdirilən kalkulyatorlar, müştəriyə əldə edəcəyi faiz gəlirləri və bank tərəfindən ayrıla biləcək kreditin məbləğini əvvəlcədən müəyyənləşdirmək və seçim imkanı yaradır. Gündəlik yenilənən valyuta məzənnələri və konvertordan istifadə bölümü daha da genişləndirilib.

Unibank-ın “Digital Marketinq” şöbəsinin müdiri Elmar Səfiyev bildirib ki, yenilənmiş sayt müasir təhlükəsizlik standartlarına cavab verir: “Son dərəcə funksional və sürətlidir. Dizayn forması veb və mobil versiyalar üçün adaptasiya olduğundan bütün ekran ölçülü telefon, planşet və kompüterlərə uyğun gəlir. Bir sözlə, yeni sayt müştərilərin gözləntiləri və tələbləri düşünülərək hazırlanıb”.

Sayt fərdi və biznes bölümlərinə ayrılmaqla, həm fiziki şəxslərə, həm də korporativ müştərilərə məlumatları sadə və aydın şəkildə, brendin rənglərinə uyğun görüntülərlə çatdırır. 

Yenilənmiş saytın “Rəqəmsal bankçılıq”  bölümü xüsusilə diqqət çəkir.  Unibank-ın mobil bank əlavələri, onlayn xidmətləri haqda məlumatlar və istifadə qaydaları anlayışlı dildə sayt istifadəçilərinə çatdırılır.  

Yeni saytın əsas üstünlüklərindən biri  mükəmməl mobil versiyasının olmasıdır. Hər kəs öz mobil telefonundan rahat interfeysə malik unibank.az saytına daxil olaraq, lazımı məlumatları ala biləcək.  

Müştərilər saytın “Onlayn məsləhətçi” bölümünə daxil olmaqla, bankın xidmət və məhsulları ilə bağlı suallara operativ cavab ala bilərlər.

Sayt istifadəçiləri  bankın məhsul və xidmətləri haqqında məlumatlarla 3 dildə- Azərbaycan, rus və ingilis dillərində tanış ola bilərlər.

Search

Products
News
Others