-
days
-
hours
-
minutes
-
seconds
A couple days left until the end of the 5th draw!Pay with Unibank card and get chance to win an apartment in Sea Breeze, iPhone 15 Pro and many cash prizes.
117
Unibank bayram günlərində necə işləyəcək?
27.12.2017
Unibank müştəriləri bayram günlərində də bank xidmətlərindən istifadə edə biləcəklər. Azərbaycanın ən çox yüklənən və ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile, bayram günlərində belə müştərilərin bank xidmətlərindən istifadəsini təmin edəcək. Unibank müştəriləri mobil əlavənin köməyi ilə kredit, kommunal və digər ödənişlər edə və bir sıra bank əməliyyatları apara biləcəklər. Bu gün ölkəmizdə Unibank Mobile istifadəçilərinin sayı 100.000-i keçib. Bu isə o deməkdir ki, ən azı 100 min Unibank müştərisi banka gəlmədən istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir. Yanvarın 15-dək Unibank Mobile-la edilən bir çox ödənişlər lotereyada 2018 AZN-dək pul uduşu şansı yaradır. Mobil əlavə ilə edilən əməliyyatlar zamanı qazanılan bonusları isə dəyərli hədiyyələrə çevirmək mümkündür.
Unibank müştəriləri bayram günlərində kredit ödənişlərini Unibank Mobile-la yanaşı, unibank.az və hesab.az saytlarında - onlayn, Unibank, E -manat, MilliÖn ödəmə terminallarında isə nağd şəkildə ödəyə biləcəklər.
Bayram günləri ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 3-dək Unibank filialları fəaliyyət göstərməyəcək. Bankın bütün filialları yanvarın 4-ü saat 09:00-dan etibarən yenidən müştərilərinin xidmətində olacaq.

Search

Products
News
Others